Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın əsas silahlardan biri olan dollar... - Dünya ölkələri dollarsız ticarətə yönələ bilərmi?

Vaşinqton 70 ildən çoxdur ki, beynəlxalq valyuta rolunda çıxış edən valyutasından silah kimi istifadə edir...

İqtisadçı-ekspert: “Formal olaraq Rusiyaya sanksiya tətbiq olunub, dollarla ticarət qadağan olunsa da, bu gün hələ də Rusiya ticarətinin ən azı yarısı üçüncü ölkə vasitəsilə dollar üzərindən aparılır”.

“Əvvəlki illərə nisbətən dolların dünya bazarında rolunun zəifləməsini görürük. Amma bu halda da dolları ya avro, ya da funt-sterlinq əvəz edir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-ın dollardan silah kimi istifadə etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar, xüsusən ABŞ-ın dolların Rusiyada satılmasına qadağa qoymasından sonra açıq şəkildə hiss olunur ki, Vaşinqton 70 ildən çoxdur ki, beynəlxalq valyuta rolunda çıxış edən valyutasından silah kimi istifadə edir.

Bu vəziyyət ölkələri dollarsız ticarətə yönləndirə bilərmi və Vaşinqtonun dollardan silah kimi istifadə etməsinin bu valyutanın əhatə dairəsinə necə təsir edəcək?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Ən azından yaxın illərdə, yaxın zamanda dollara qarşı hansısa bir təhdidin olduğunu düşünmürəm”.

Çin yuanının yavaş-yavaş Asiya ölkələrində önəmli olmasını nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, dollarla olmayan ticarət müqavilələrində daha çox avrodan istifadə olunur:

“Dünya ticarətinin hələ də 55-60 faizi dollar üzərindən aparılır. Formal olaraq Rusiyaya sanksiya tətbiq olunub, dollarla ticarət qadağan olunsa da, bu gün hələ də Rusiya ticarətinin ən azı yarısı üçüncü ölkə vasitəsilə dollar üzərindən aparılır. Məsələn, Rusiya tez-tez deyir ki, onların Çinlə ticarət dövriyyəsində yuan daha çox üstünlük təşkil edir. Amma yuan da dollar indekslidir və fərqi yoxdur. Əgər hətta, rus iş adamları nəsə alırlarsa, həmin gün yuanın dollara olan məzənnəsinə uyğun ödəniş edirlər. Çox zaman elə dollarla ödəniş edirlər. Amma formal olaraq müqavilələr yuanla bağlanır.

Yəni bu günkü dünyada dolların hegemonluğuna böyük zərbə vuracaq bir proses yoxdur. Müəyyən problemlər var. Əvvəlki illərə nisbətən dolların dünya bazarında rolunun zəifləməsini görürük. Amma dolları da ya avro, ya da funt-sterlinq əvəz edir. Yəni Çin yuanı yavaş-yavaş Asiya ölkələrində önəmli olur. Başqa ticarət müqavilələrində isə daha çox avrodan istifadə olunmağa başlanılır.

Ola bilər ki, uzunmüddətli proseslərdə dolların ziyanına olan proseslərin şahidi ola bilərik. Amma ən azından yaxın illərdə, yaxın zamanda dollara qarşı hansısa bir təhdidin olduğunu düşünmürəm”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

Türkiyənin ilk astronavtı BDU-nun Məzun Günündə iştirak edib

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - Foto, Video

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar