Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ cəmiyyəti Trampı əvəzləyəcək şiyasətçi axtarır

78 yaşlı Bayden bir sıra dairələrdə az qala “Məsih” kimi qəbul olunur

ABŞ demokratları prezident Donald Trampı əvəzləməyə hazırlaşırlar. Burada bir çox namizədin adı səslənsə də, onların içində ən şanslısı hələlik keçmiş vitse-prezident Co Bayden görünür.

“Hazırda Baydenin başı yeni yazdığı kitab üçün dəstək kampaniyasına qarışıb. Onun komandası isə aylardan bəri kadr hazırlığı və ianələr toplamaqla məşğuldur. Bütün bunlar keçmiş vitse-prezidentin 2020-ci ildə Donald Trampa meydan oxuyacağını söyləməyə əsas verir. “ABŞ prezidentinin Kremldən asılılığı barədə yorucu debatlar, qəfəsdə saxlanılan miqrant uşaqların acı görüntüləri, mənəvi iflas, Amerikanın siyasi avtoritetinin bitməsi… Bəlkə Bayden bu kabusa son verdi”, - deyə Almaniyanın “Handelsblatt” qəzetindən Annet Mayrits və Moris Kots yazır.

Müəlliflərin fikrincə, qocaman siyasətçi baş verənləri dəyişdirə bilməsə də, hər halda gələcək üçün ABŞ kimi böyük dövləti daha şüurlu siyasətə, dürüstlüyə və qayda-qanuna geri qaytara bilər.

Yazıda Co Baydenin yaxın ətrafına istinadən hətta bir sıra nüfuzlu respublikaçı siyasətçinin də ona prezidentliyə namizədliyini irəli sürməsi üçün yalvardığı qeyd olunub.

“Keçmiş vitse-prezidentin tərəfdarları, onun demokratların Trampa uduzduğu elektoratı, yəni ağ fəhlə sinfini yenidən geri qazanacığına ümid edirlər”, - deyə məqalədə bildirilir.

Lakin Co Baydenin qarşısında bir sıra əngəllər də var. Bu, təkcə onun yaşı ilə bağlı deyil (2020-ci ildə Baydenin 78 yaşı tamam olacaq). Belə ki, o, həm də tipik ağ zadəgan siyasətçilərdən olub, həm də Vaşinqtonun köhnə hakim siyasi elitasının nümayəndəsi sayılır. ABŞ-da isə sonuncu faktorlar heç də namizədlərin xeyrinə işləmir.

Yazıda buna görə demokratların yeni parlayan ulduzu, 47 yaşlı texaslı siyasətçi Beto O`Rurkun adına diqqət yetirilib. Son Senat seçkilərində o, mühafizəkar Texas ştatında qüdrətli respublikaçı Ted Kruza olduqca az fərqlə məğlub olub. Onu hətta keçmiş prezident Barak Obama da dəstəkləyir.

Bir çoxlarının fikrincə, Co Baydenin yaşı da nəzərə alınaraq, iki namizəd arasında razılıq əldə olunması mümkün görünür. Belə ki, Co Bayden yalnız bir dövr üçün, yəni 2024-cü ilə qədər prezident, Beto O`Rurk isə vitse-prezidentliyə namizədliyi irəli sürülə bilər.(musavat.com)

pia.az


Etiket: Tramp ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ən çox oxunanalar