Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

30 ildən sonra Qarabağa gələn BMT missiyası obyektiv ola biləcəkmi?

Dünən BMT-nin missiyası Qarabağa gəldi...

Politoloq: “BMT missiyası Qarabağa gəlişi rəsmi Bakının rizası ilə baş tutur”.

“Aparılan uğurlu lokal antiterror tədbirlərindən dərhal sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət etdi. Yəni rəsmi Bakı BMT missiyası Qarabağa gəlməsindən narahat deyil”.

Bu sözləri politoloq Turan Rzayev BMT-nin missiyası Qarabağa gəlməsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi dünən BMT-nin missiyası Qarabağa gəldi. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə isə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir.

Bəs 30 ildən sonra Qarabağa gələn BMT missiyası obyektiv ola biləcəkmi?

BMT missiyasını Qarabağ fəaliyyətini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “30 ildən sonra BMT missiyası Qarabağa gəldi və bu məhz Azərbaycanın təklifi ilə baş tutdu”.

Səfərin BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMTAzərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçirildiyini xatırladan politoloq Poliqon-a bildirib ki, səfərin hüquqi bazası var:

“Bəli, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub. Belə ki, Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Məsələ ondadır ki, məhz Azərbaycanın tələbinə qarşı məhz Ermənistan BMT missiyasının Qarabağa gəlməsinə mane olurdu.

Təəssüf ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİ-nin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Bundan başqa ermənilər münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar.

1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi.

BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi.

Turan Rzayev: “Bu səfər Azərbaycana əlavə dividentlər qazandıra bilər”.

1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi. 30 ildən sonra BMT missiyası Qarabağa yenidən gəldi. Özü də yenə məhz Azərbaycanın təklifi ilə.

İlk öncə onu qeyd edim ki, aparılan uğurlu lokal antiterror tədbirlərindən dərhal sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət etdi. Yəni rəsmi Bakı BMT missiyası Qarabağa gəlməsindən narahat deyil. Əskinə bu səfər Azərbaycana əlavə dividentlər qazandıra bilər:

Birincisi, səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMTAzərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçirilir. Yəni səfərin hüquqi bazası var.

Digər tərəfdən, BMT missiyası Qarabağa gəlişi rəsmi Bakının rizası ilə baş tutur. Misal üçün Prezident İlham ƏliyevABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazır olduğunu bildirmişdi.

Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də ölkəsinin Azərbaycanın ev sahibliyi etməyə hazır olmasından məmnun olduğunu bildirdi.

Turan Rzayev: “Bu səfər Ermənistanın “etnik təmizləmə”, ərazinin demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsi kimi iddialarını çürüdəcək”.

İkincisi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC Nyus”a müsahibəsində deymişdi ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış potensialı ilə birlikdə əraziyə buraxmaq niyyətindədir.

Bu baxımdan demək olar ki, səfər Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradacaq. Bundan əlavə, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdiriləcək.

Bu həm də, Ermənistanın “etnik təmizləmə”, ərazinin demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsi kimi iddialarını çürüdəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay