Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2040-cı ilədək Bakı əhalisinin sayı 3 milyonu ötəcək

2040-cı ilə qədər Bakı şəhərinin əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib...

“Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, gələcək əhali sayının, eləcə də əhalinin yaş qrupları üzrə bölgüsünün müəyyən edilməsi ərazilərdən istifadə, mənzil təminatı, ictimai nəqliyyat sisteminin sərnişindaşıma imkanları, mühəndis və xidmət təminatı infrastrukturu kimi əsas şəhər alt sistemlərinin müəyyən edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Bakı şəhərinin gələcək əhali sayı proqnozunun verilməsi üçün milli və beynəlxalq tendensiyalar nəzərə alınmış, gələcək illərdə şəhər əhalisinin artmağa davam edəcəyi, lakin artım tempinin nisbətən aşağı olacağı proqnozlaşdırılıb.

Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.

Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülmüş və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Razi Nurullayev:"Qoy beləcə də uğursuz və şanssız həyatlarını davam etdirsinlər"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay