Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1-ci tank ordusu darmadağın edildi, Rusiya qaniçən generalı Ukraynada döyüşə atdı

Rusiyanın ən elitar qoşun qruplaşması olan 1-ci tank ordusu Ukraynanın Xarkov və Sumı vilayətlərində gedən döyüşlər zamanı bir ay ərzində praktiki olaraq darmadağın edilib.

PİA.az xəbər verir ki, Ukrayna prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç ötən gün bu haqda danışıb. Onun sözlərinə görə, Rusiya rəhbərliyi indi 1-ci tank ordusunun itkilərinə görə günahkarlar axtarır.

Ukraynalı tanınmış hərbi jurnalist Roman Simbalyuk isə bildirib ki, artıq Rusiyanın Qərb Hərbi Dairəsinin 1-ci tank ordusunun (11161 nömrəli hərbi hissə, Moskva ətrafındakı Bakovka rayonunda dislokasiya olunub) komandanı, general-leytenant Sergey Kisel vəzifəsindən azad edilib. Onun Ukraynadakı böyük itkilərə, tank ordusunun praktiki olaraq darmadağın edilməsinə görə vəzifədən azad edildiyi bildirilir.

“Əməliyyatın iflasa uğramadı və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməməsi, Ukraynadakı döyüş əməliyyatlarına çağırışçı əsgərlərin cəlb edilməsi, habelə şəxsi heyət və texnika sarıdan nəhəng itkilər səbəbindən 1-ci tank ordusunun komandanı Sergey Kisel vəzifədən azad edilib”, - Simbalyuk Facebook-da yazıb. Onun sözlərinə görə, Kiselin müavini də vəzifəsindən çıxarılıb.

Roman Simbalyuk növbəti postunda 1-ci tank ordusunun yeni komandanını da açıqlayıb. Onun yazdığına görə, həmin qoşun qruplaşmasına xüsusi qəddarlığı ilə tanınan, Suriyada “qaniçən” adı qazanmış general-mayor Nikolay Tereşenko komandan təyin olunub.

Tereşenko bundan əvvəl Mərkəz Hərbi Dairəsinin qərargah rəisinin müavini olub. Fevral ayında Suriyadan növbəti 6 aylıq ezamiyyətdən qayıdıb. Suriyada əsirləri və qaçqınları güllələdiyinə görə ona “qaniçən general” adı veriblər. Tereşenko öz tabeçiliyində olanlara qarşı da qəddar davranır. General üçün ən başlıcası yuxarı komandanlığın əmrini yerinə yetirməkdir - nəyin bahasına olursa olsun. Bildirilir ki, Suriyada hücum əməliyyatlarının effektivliyini təmin etmək üçün general geri çəkilənləri güllələmək üçün xüsusi dəstələr saxlayırdı. “Görünür bu taktikanı Ukraynadakı hücum fəaliyyətləri zamanı 1-ci tank ordusunda da tətbiq edəcəklər”, - ukraynalı jurnalist yazıb. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar