Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Zövqümcə meyxanaçı yoxdur"

"Mexyana aləmindən olan tənqidləri heç vaxt qəbul etməmişəm. Sözüm böyük çıxa bilər, amma böyük uğur qazanan isnanlar hansısa tənqidi etsələr, qəbul edərəm. Lakin görürəm ki, özü nəsə edə bilmir".

Poliqon xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Gül kimi şou" verilişində deyib. Sənətçi əvvəllər özünün də bir çox məsələlərə tənqidi yanaşdığını bildirib:

"Təcrübəsiz dövrümdə nəyisə şüuraltı qəbul etmişəm. Məsələn, "Meyxanaçı hara, klip hara", amma görürsünüz ki, zaman gəldi və meyxanaya çoxlu kliplər çəkməyə başladılar. Fikir verirsinizsə, kiminsə qabağa düşüb etməsini gözləyirlər. Bu, o dövrdə də var idi. Nizami Rəmzi də mənə qədər bir çox işlər görmüşdü. Videoçarxlar çəkmişdi, konsertlər vermişdi, musiqiçilərlə birlikdə işləyirdi. Musiqi dünyası da başqa cür idi, amma nə qədər fasilə oldu. Mən edəndən sonra isə dedilər ki, bu olub.

"Meyxanaçı hara, cins şalvar, oxumaq hara", mən də bu fikirdə olmuşam, amma özümü tənqid edib, bu düşüncədən daşınmışam. Sərhədləri keçə-keçə bir üslub yarandı. "Meyxanaçı hara, mahnı hara" deyən adamlar sonra meyxana verilişi açıdılar. 5-10 il sonranı görüb edirdim, amma tənqid olunurdum.

Namiq Qaraçuxurlu hazırda məclislərdə meyxana demədiyini bildirib:

"Bu gün meyxana demirəm. Arada bəzi məclislərdə demişəm, amma sonra peşman olmuşam. Eşidib inciyənlər oldu ki, burada yox, amma gedib orada dedin. Lakin arada demək istəyirəm. Yəqin ki, meyxana deməklə bağlı indi problemim olar. Çünki həddindən artıq fasilə vermişəm, ilər keçib.

Gənclərdən isə bəyəndiklərim çoxdur. Yeni gənc meyxanaçı çıxanda informasiyam olsun deyə, qulaq asıram. Amma zövq almaq üçün köhnələri dinləyirəm. Hazırda zövqümcə meyxanaçı yoxdur. Amma yaxşı meyxanaçılarımız çoxdur. Baxırsan ki, gözəl, əvvəlkilərdən də yaxşı deyir, amma ruha yapışmır. Meyxanada qışqırmalar başlayanda başım ağrıyır".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

2024-cü il Olimpiadasında ilk dünya rekordu qeydə alınıb

Ən çox oxunanalar