Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Zəngəzur dəhlizi ilə Türkiyə və Avropaya enerji ixrac ediləcək" - Teymur Abdullayev

Yaxın perspektivdə Naxçıvandan Türkiyə və Avropaya elektrik enerjisi ixracının həyata keçirilməsi mümkün olacaq.

Bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.

"Bununla bağlı yaxın günlərdə Cəbrayıla Ağcabədidən 130 km, İmişlidən isə 132 km məsafədə 330 kV-luq xət çəkilməsi, o cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi, Zəngəzur dəhlizindən keçməklə Naxçıvana 330 kV-luq xəttin çəkilməsi və Kəlbəcərdə 5 yerdə kiçik su elektrik stansiyasının yenidən qurulmasına başlanacaq. Bu layihənin icrası ilə "Xudafərin" və "Qız qalası" layihələri ilə yanaşı Naxçıvanın ölkənin ümumi enerji sistemi ilə əlaqələndirilməsini təmin ediləcək", - T. Abdullayev bildirib.

Onun sözlərinə görə, bir sıra istiqamətlərdə də yeni xətlərin çəkilişinə başlanacaq: "Laçında və digər ərazilərdə 110 kV-luq yarımstansiyaların və əlaqələndirici xətlərin çəkilməsi və Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi nəzərdə tutulub".

2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 20 meqavatdan artıq olan 4 elektrik stansiyası “Güləbird” SES (Laçın), «Suqovuşan-1», «Suqovuşan-2» və «Kəlbəcər-1» yenidən qurulub.

Ötən ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya – “Şuşa”, “Füzuli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”, “Ağdam-1”, “Ağdam-2” tikilib və “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.

“Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə - Şuşaya 75 km, Zəngilana 110 km, Daşkəsəndən Kəlbəcərə 70 km, Xındırıstandan Ağdama isə 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay