Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiya bir neçə istiqamətdə uğursuz həmlələr edib" - Müharibə Araşdırmaları İnstitutu

Rusiya qoşunları Lisiçanskı mühasirəyə almağa çalışırlar, lakin həmlə zamanı səhvə yol verib uğursuzluğa düçar olurlar. İşğalçı qüvvələr Siverski Donets üzərindən iki körpünü ələ keçirməyə cəhd etməli olduğu halda onları dağıdıblar.

“Report” xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələri ağır artilleriya atəşinin yardımı ilə Severodonetsk və onun ətrafına quru hücumlarını davam etdirirlər, lakin iyunun 12-nə kimi onlar şəhər üzərində tam nəzarəti bərqərar etməyiblər. Həmçinin rusiyalılar Vrubivka və Mikolaivkada uğursuz hücum əməliyyatları keçiriblər.

Analitiklərinin fikrincə, işğalçı qüvvələr, yəqin ki, ya Toşkivka ərazisindən, ya da Popasnadan şimala keçərək Lisiçanskı mühasirəyə ala və ya Siverski Donetsinin qərb sahilindən hücuma keçə biləcəklərini güman edirlər.
Ətraflı

Eyni zamanda Rusiya qoşunlarının Toşkivkaya növbəti hücum cəhdi də uğursuz alınıb.

İşğalçılar Severodonetsk və Lisiçansk arasında Siverski Donets çayı üzərindən iki körpünü dağıdıblar və üçüncü körpünü də kütləvi atəşə tuturlar:

Rusiya qoşunları prinsipcə körpüləri dağıtmağa yox, ələ keçirməyə çalışmalıdırlar, çünki onların Siverski Donets çayını keçməkdə problemləri var. Onlar Severodonetskdə ukraynalı müdafiəçilərin qarşısını kəsərək onların qaçış yolunu kəsməyə ümid edə bilərlər, lakin çətin ki nisbətən az sayda Ukrayna hərbçisinin ələ keçirilməsinin faydası çay üzərindən keçid yaratmaqdan daha əlverişlidir”.

Analitiklər vurğulayıblar ki, Rusiya qüvvələri İzyumla Slovyansk arasında yerləşən Dovgenke, Dolina və Mazanivkada da irəliləməyə uğursuz cəhdlər ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Ən çox oxunanalar