Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Partiyaların qeydiyyata alınması bizdə həvəs yaradıb" - Gələcək Azərbaycan Partiyası”

Gələcək Azərbaycan Partiyası avqustun 13-də qurultay keçirəcək.

Bu barədə Pravda.az-a partiyadan məlumat verilib.

Qeyd olunub ki, 2013-cü ildə təsis edilən Gələcək Azərbaycan Partiyası bu günədək dövlət qeydiyyatı olmadan fəaliyyət göstərməkdədir.

“Artıq 7 ildir ki, fəaliyyətdə olan GAP bu anadək bir dəfə də olsun Ədliyyə Nazirliyinə dövlət qeydiyyatı ilə bağlı müraciət etməmişdir. Partiyanın uzun müddət dövlət qeydiyyatında olmadan fəaliyyət göstərməsini nəzərə alaraq GAP İdarə Heyyətinin qərarı ilə partiyanın dövlət qeydiyyatına alınması üçün növbədənkənar avqustun 13-də qurultay keçirilməsi haqqında qərar qəbul etdik. Təbii ki, karantin şəraitində qurultayımız onlayn keçiriləcək. Qurultayın keçirilməsində məqsəd, zamanın tələblərinə uyğun olaraq partiyanın Nizamnamə və Məramnaməsinə dəyişikliklər edilməsi, partiyaya yeni üzvlərin cəlb edilməsi və qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə ərizə ilə müraciətlə bağlıdır. Eyni zamanda son aylar ərzində bir sıra partiyaların (AzDP, Ağ Partiya, AMCP və sairə) dövlət qeydiyyatına alınması, həmçinin ReAl Partiyasının analoji olaraq onlayın qurultay keçirərək Ədliyyə Nazirliyinə qeydiyyatla bağlı müraciət etməsi bizdə də bir partiya olaraq eyni təcrübədən istifadə etməyə bir qədər həvəs yaradıb. Həmçinin bu addımımızla həm də hakimiyyətin müxalif qüvvələrlə apardığı dialoqu bir test etmiş olacağıq. İstər ReAl Partiyasının, istərsə də rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyasının dövlət qeydiyyatına alınması və ya alınmaması hakimiyyətin dialoq mühitini nə dərəcədə səmimi aparıb-aparmadığının bir isbatı olacaq...” – məlumatda bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay