Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərreyl"in baş məşqçisi: "Çelenc Kubokunu qazanmaq istəyirik"

"Əsas hədəfimiz finala yüksəlmək və qalib olmaqdır".

Bunu "Report"a açıqlamasında Çelenc Kubokunun 1/32 finalında Ukrayna təmsilçisi "Balta"nı iki oyunun (3:0, 3:0) nəticəsinə əsasən mübarizədən kənarlaşdıran qadın voleybolçulardan ibarət "Azərreyl"in baş məşqçisi Cengiz Akarçeşme deyib.

Mütəxəssis növbəti mərhələyə vəsiqə qazandıqları üçün xoşbəxt olduqlarını bildirib: "Yaxşı mübarizə apardıq. Bütün oyunçuları, məşqçiləri və bizə dəstək olan rəhbərliyi təbrik edirəm".

Türkiyəli baş məşqçi 1/16 finalda İspaniyanın "Avarka de Menorka" klubuna da qalib gəlmək istədiklərini vurğulayıb: "Bu turu da keçmək üçün hazırlıqlarımızı dayanmadan davam etdiririk. Düşünürəm ki, bu raundu da uğurla adlaya bilərik. Heyətə yeni oyunçular da cəlb ediləcək. Qısa zamanda onların uyğunlaşmasına çalışacağıq".

Cengiz Akarçeşme finala vəsiqə qazanmaq və Çelenc Kubokunda qalib olmaq istədiklərini söyləyib: "Amma bu uzaqdakı hədəfdir. Addım-addım irəliləmək niyyətindəyik. Hazırda yaxın hədəflər barədə fikirləşirik və İspaniya komandası ilə görüşlərə köklənmişik. Bütün hazırlıqlarımız bu qarşılaşma üçündür. Sizin vasitənizlə azarkeşlərə də müraciət etmək istəyirəm. Bakıdakı oyunlarda fanatların dəstəyi bizə əlavə güc verir. Onları tribunalarda gözləyirik".

Qeyd edək ki, "Azərreyl" 1/16 finalda İspaniyanın "Avarka de Menorka" klubu ilə üz-üzə gələcək. İlk matç noyabrın 7-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra İspaniyada keçiriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ən çox oxunanalar