Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zərif getdi, canımız qurtardı…” – İran XİN rəhbərinin gedişi kimləri sevindirdi?

Kim Senqupta

“İndependent”, 27.02.2019

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefa təklifi İran və dünya üçün böyük əhəmiyyət kəsb edir. Onun gedişi Həsən Ruhaninin islahatçı hökumətini əhəmiyyətli dərəcədə zəiflədəcək, ölkədəki sərt tənzimçiləri gücləndirəcək və Tramp administrasiyasının Tehranda rejim dəyişikliyinə kömək edəcək.

Zərifin istefasını “Instagram” vasitəsilə elan etməsinin ardınca parlamentin 290 üzvündən 150-si müraciətə imza ataraq vəzifəsində qalmasını xahiş edib.

Tehran Fond Birjasının indeksi 24 saatda 1,1% azalıb, ölkənin iş adamları və bankirlər birliyi, xarici ticarət investorlarının təpkisi ilə əlaqədar narahatlıqlarını dilə gətirib.

Zərif – nüvə proqramı ilə bağlı razılaşmanın əsas memarı idi. Bir neçə il aparılan danışıqlarda o, əsas itirakçı olub və sazişi imzalayan 5 (Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin), eləcə də BMT onunla dünyanın daha etibarlı hala gəldiyini vurğulayıb.

Ancaq İsrailin və Sünni-Körfəz ölkələrinin bir qrupu tərəfindən dəstəklənən altıncı imza sahibi – ABŞ sövdəni dağıtmağa çalışır.

Qərbi Avropa dövlətləri Birgə Əməliyyat Planını (JCPOA) Tramp administrasiyasının məkrindən qorumaq üçün tədbirlər görüb.

Ancaq Amerikanın cəzalandırma tədbirləri müqavilə ilə gəlməli olan ticari faydaların qurudulmasına və İran daxilində sərt tənzimçilərin ölkəni nüvə proqramını inkişaf etdirməyə qayıtmasına şərait yaradır.

Bunun qarşısını almaq üçün Zərif gərgin mübarizə aparır və Qərb ölkələrinin həmsöhbəti olaraq qalır. Ruhani rəhbərliyinin bu mövzuda qarşılaşdığı təzyiq lazımi qədər qiymətləndirilməlidir.

İranda keçən parlament və sonra prezident seçkiləri haqqında hesabatlar, Qərbin etibarsızlığı və nüvə razılaşmasının milli təhlükəsizliyə böyük təhlükə olduğunu iddia edən namizədlərin və partiyaların daimi ittihamları unudulmamalıdır.

İstefasından sonra Zərif “Comhuri-ye Eslami” qəzetinə müsahibəində daxili təzyiqlərdən danışıb: “Biz əvvəlcə xarici siyasətimizi partiya və fraksiyalı mübarisindən çıxarmalıyıq. Xarici siyasət üçün ölümcül zəhər – bu partiyaların və fraksiyaların qarşıdurmasıdır”.

Bəşər Əsədin Tehrana son səfəri əsnasında xarici işlər nazirinin kənarlaşdırıldığını duyması iddiası var. Ali lider Ayətullah Əli Xamnəi Suriya prezidentini İnqilab Keşikçilərinin generalı Qasim Süleymani ilə birlikdə qəbul edib, – Zərifsiz.

Ruhaninin istefanı qəbul edib-etməyəcəyi və əsas müttəfiqlərindən birini itirib-itirməcəyi və ya Ayətullah Xamnəinin daxili böhranın belə bir yüksək səviyyəsində daha bir problemə qatlanıb-qatlanmayacağı əsas məsələdir.

Münhen Təhlükəsizlik Konfransının son toplantısı isə İranla bağlı xarici bölünmələri aydınlaşdırıb.

Toplantıda ABŞ vitse-prezidenti Mayk Pens NATO müttəfiqlərinə qarşı hücuma keçib: “Avropalı tərəfdaşlarımız üçün İranla fəlakətli nüvə razılığından çəkilmək, iqtisadi və diplomatik təzyiqlərdə bizə qoşulmaq vaxtı gəlib çatıb. Avropalı tərəfdaşlarımız bu mənfur inqilabçı rejimə qarşı ABŞ-ın sanksiyalarının nəticələrini ləğv etməni dayandırmalıdırlar”.

Pensin bəzi sözləri pıçıltılı istehza ilə qarşılanıb. O, İranın terrorizmin başlıca dövlət sponsoru adlandırarkən, ABŞ-ın Körfəz müştəriləri ilə birlikdə islamçı ekstremistləri dəstəkləməsi və öldürülən Səudiyyə jurnalisti Camal Xaşuqcinin adı bir neçə dəfə üzə deyilib.

Angela Merkel çıxışında İranla razılaşmanı səylə müdafiə edib. Alman kanslerin məruzəsi 30 hökumət başçısı və 90 nazir qarşısında, dopdolu auditoriyada uzun müddət sürəkli alqışlarla qarşılanıb.

Münhendə danışan Zərif, ABŞİslam inqilabından bəri İranı “patoloji cəhətdən təhqir” etməkdə ittiham edib və “bu düşmənçiliyin indi yeni həddə çatdığını” deyib. Onun sözlərinə görə, Tramp administrasiyasının yüksək mənsəbli üzvləri İran hökumətini devirmək istəyirlər.

Zərif ABŞ milli təhlükəsizliyi məsləhətçisi Con Boltonun İrandan sürgün olunmuş, ABŞ-da və Avropada terroristlər olaraq təyin olunmuş “Mücahedin-e Xəlq”ə (MEK) dəstəyini vurğulayıb.

“Cohn Bolton indi qəzəblidir, çünki 2019-cu ili Tehranda MEK ilə birlikdə qeyd edəcəyini söyləmişdi, amma bu heç vaxt baş verməyəcək”.

Zərif, Vaşinqtonun JCPOA-nu təcrid etmək və təzyiq mexanizmlərini gücləndirməklə təzyiqi artırmasına avropalıların dirənməsini söyləyərək, biznes və bankların, nəzəri cəhətdən, ABŞ sanksiyaarına məruz qalmadan İranla ticarət edə biləcəyini söyləyib.

İsrailin baş naziri Benyamin Netanyahu xarici işlər nazirinin gedişini məmnuniyyətlə qarşılayaraq, “tweet”-ində yazıb: “Zərif getdi. Canımız qurtadı”. ABŞ-ın dövlət katibi Mayk Pompeo da “Twitter”-də qeyd yazıb: “…O və Həsən Ruhani, istənilən halda, korrupsiyalaşan dini mafiyanın üzd görünən simalarıdır”.

Denver Universitetində beynəlxalq hüququ təhsili almş Zərif Tramp düşərgəsi və onun beynəlxalq müttəfiqləri üçün həmişə problem olub. Onun kimi islahatçıların gedişi sərt tənzimçiərə kömək edəcək.

Bu, İranın nüv sazişindən çıxışı ilə nəticələnə bilər, öz növbəsində, ABŞ-ın daha güclü hərəkət etməsinə imkan verəcək. İran xalqı dərindən əziyyət çəkəcək və dünya daha təhlükəli məkana çevriləcək.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: İran XİN Zərif

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Ən çox oxunanalar