Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Olaf Şolts ilə görüşündə birgə silah istehsalını müzakirə edib...

“Report” xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.

“Görüşdə müzakirə olunan məsələlər arasında ikitərəfli təhlükəsizlik sazişinin həyata keçirilməsi və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi üçün mümkün sahələr, o cümlədən də birgə silah istehsalı olub”, - məlumatda deyilir.

Liderlər Sülh Formulasının həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.

Zelenski həmçinin qeyd edib ki, Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələrini gücləndirmək üçün müxtəlif konfiqurasiyalı əlavə hava hücumundan müdafiə sistemləri sifariş edib, üstəlik, “Ramştayn formatı”ndakı iclasda elan edildiyi kimi, Ukraynaya əlavə “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusu və “Leopard 1A5” tankları verəcək.

***

Almaniya kansleri Olaf Şolts Frankfurtda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Report"un məlumatına görə, bu barədə kansler “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Almaniya Ukraynanın Avropada ən güclü tərəfdarı olub və belə də qalmaqdadır. Biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik”, - o bildirib.

Xatırladaq ki, V.Zelenski Almaniyada Ramşteyn formatında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun 24-cü iclasında iştirak edir.

Poliqon.info


Etiket: Zelenski Şolts


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Ən çox oxunanalar