Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova: “Rusiya Ermənistandan açıqlama tələb edir"

Biz erməni tərəfdaşlardan onların NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlamalar istədik...

Moskva Ermənistanın NATO ilə birgə təlimlərdə iştirakı ilə bağlı İrəvandan açıqlama istəyib.

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz erməni tərəfdaşlardan onların NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlamalar istədik. Cavab aldıqdan sonra reaksiyamızı müəyyən edəcəyik”, - o bildirib.

“Əlbəttə, İrəvanın öz ərazisində KTMT manevrləri keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin artırılmasına töhfə vermir”, - diplomat əlavə edib.

Zaxarova qeyd edib ki, Şimali Atlantika Alyansı Rusiya ilə tərəfdaş ölkələri öz manevrlərinə fəal şəkildə cəlb etmək praktikasını davam etdirir və bu dövlətlərin müdafiə komplekslərini yenidən formatlamağa, onların daxili və xarici siyasət proseslərində təsir rıçaqları əldə etməyə çalışır.

NATO-nun bu cür hərəkətləri müxtəlif regionlarda sabitliyin pozulmasına, münaqişə potensialının artmasına gətirib çıxarır”, - Zaxarova yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Ən çox oxunanalar