Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yoluxmalar artır, qapanmalar olacaqmı?

Son günlər COVID-19-un statistikasında yoluxma sayının sürətlə artması hər kəsin narahatlığına səbəb olub. Çünki bu, sağlamlığımız və həyatımız üçün ciddi təhlükə riskinin olması ilə bağlı həyəcan təbilidir.

APA TV xəbər verir ki, ötən günlərlə müqayisədə yoluxma ilə yanaşı, COVID-19-dan ölənlərin də sayı artıb. Delta ştammına yoluxmanın da qeydə alınması isə ümumi vəziyyəti daha da ağırlaşdırır.

Səhiyyə Nazirliyinin Baş İnfeksionisti Təyyar Eyvazov deyir ki, karantin qaydalarının yumşaldılması ilə əlaqədar insanlar arasında təmasların çoxalması, bir qrup şəxsin qoruyucu tədbirlərə etinasızlığı yoluxma sayının artmasına səbəb olub: ”Rəqəmlərin sürətlə artmasına vətəndaşların toylarda karantin qaydalarını pozması, istirahət məkanlarında toplaşması əsas səbəblərdən biridir. Havaların isti keçməsi pandemiyanın yayılma səbəbi kimi göstərilə bilməz. Bunun səbəbi isə virusun daha çox qapalı məkanlarda yayılmasıdır”.

Mütəxəssisin sözlərinə görə, çimərlik, toy və yas mərasimləri, avtobus dayanacaqlarında sosial məsafə qorunub, qoyulan qadağalara əməl edilərsə yoluxanların sayı azala bilər.

Təyyar Eyvazov qonşu ölkələrdə virusun artma səbəbinə də aydınlıq gətirib: ”Buna səbəb kimi, onlarda da qaydalara riayət olunmamasıdır. Qonşu ölkələrin ən böyük problem isə onlarda Delta ştammının çox yayılmasıdır”.

Baş infeksionistin sözlərinə görə, Məhərrəmlik ayının başlaması ilə əlaqədar toyların azalması, eləcə də çimərlik mövsümünün bitmə tarixinin yaxınlaşması yoluxmanın azalacağı ilə bağlı mütləq bir söz deməyə əsas vermir: ”Qapanmalar yoluxma sayı ilə yox, səhiyyənin yüklənməsi ilə əlaqəli baş verir. Məsələn bəzi yoluxanlar evdə müalicə alır, palatalarda yatmır. Yəni ağır xəstə sayı nə qədər çox olarsa, intensiv terapiya şöbəsində xəstələrin sayı artarsa və başqa amillər qapanmaların olmasına rəvac verir”.

Baş infeksionist virusdan əsas qorunmaq yolunu ilk növbədə vaksin olunmaqda görür. Peyvəndlə yanaşı tibbi maskalardan düzgün istifadə etmək, sosial məsafə saxlamaq və təmizlik vasitələrindən istifadə etmək də əsas faktorlardan biridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Ən çox oxunanalar