Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerdəki mürəkkəb həyat əvvəllər düşünüldüyündən 1,5 milyard il əvvəl yaranıb

Alimlərin yeni araşdırmaları nəticəsində məlum olub ki, Yer kürəsində mürəkkəb həyat əvvəllər düşünüldüyündən təxminən 1,5 milyard il əvvəl başlayıb...

Poliqon Sky News telekanalına istinadən xəbər verir ki, bu tədqiqat işi Kardiff Universitetinin (Böyük Britaniya) bir qrup alimi tərəfindən aparılıb. Araşdırma bioloji təkamülün çox erkən epizodunu kəşf edib - 2,1 milyard il əvvəl.

"Yeni araşdırmaya görə, Yer kürəsində mürəkkəb həyat əvvəllər düşünüldüyündən təqribən 1,5 milyard il əvvəl başlayıb", deyə nəşr yazıb.

Alimlər ümumiyyətlə heyvanların Yer kürəsində ilk dəfə 635 milyon il əvvəl peyda olduğuna inanırdılar, lakin son araşdırmalar ekosistemin çox erkən yaranmasının əlamətlərini ortaya çıxarıb.

"Ekosistem Qabon yaxınlığındakı Fransvil hövzəsində aşkar edilib. Tədqiqat təkamül sahəsində ən erkən təcrübələrin ekoloji sübutlarını ortaya qoyur... O, iki qitənin toqquşmasından sonra unikal sualtı vulkanik fəaliyyət epizodunu təsvir edir", deyə qeyd edilir.

Bildirilir ki, alimlər 2,1 milyard il əvvələ aid böyük makroorqanizm qalıqlarının etibarlılığını geniş şəkildə müzakirə ediblər.

"Biz artıq bilirik ki, dəniz suyunda fosforun və dəniz suyunda oksigenin konsentrasiyasının artması təxminən 635 milyon il əvvəl bioloji təkamül epizodu ilə bağlıdır", deyə universitetin doktoru Ernest Çi Fru bildirib.

Tədqiqat qrupu onların təkamülünə səbəb ola biləcək ekoloji dəyişiklikləri aşkar edib. Lakin tədqiqatçıların fikrincə, bu canlı formaları bu dövrdə qlobal mövqe tutmayıb. Bu, su kütləsinin məhdud xarakterindən və milyardlarla il sonra mövcud olan aqressiv şəraitdən irəli gəlirdi. Tədqiqatçılar hesab edirlər ki, bu, Yerdəki mürəkkəb həyatın mümkün iki mərhələli təkamülündən xəbər verir.

"Birinci cəhd yayılmaqda uğursuz olsa da, ikinci cəhd daha da irəli getdi və bu gün Yer kürəsində gördüyümüz heyvan biomüxtəlifliyini yaratdı", deyə Çi Fru bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ən çox oxunanalar