Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni model strategiya

Prezident İlham Əliyev “Euronews” televiziya kanalına verdiyi müsahibə informasiya savaşının əsas konturlarını təşkil etməklə milli mətbuatımızın
fəaliyyətinə istiqamət verib.

Regionda Ermənistan-Azərbaycan münaqişəsi, sülh danışıqları ilə bağlı hazırkı vəziyyət daima aktualdır. Son zamanlar tərəflər arasında görüşlər intensivləşib.
Prezident İlham Əliyevin mövzu ilə bağlı çıxışlarında dəfələrlə qeyd ediyi kimi, Azərbaycan 2020-ci ildən bəri öz mövqeyində haqlı olaraq israrlıdır. Azərbaycan
davamlı sülhün təşəbbüskarı və ardıcıl tərəfdarı olmaqla yanaşı, milli və dövlət maraqları qorunmaqla öz mövqeyindən bir addım belə geri çəkilən deyil. Prezident İlham Əliyev 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi
müsahibəsində əsasən bu mövzu haqqında danışıb:

“2020-ci il noyabrın 10-da
imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla
münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq”. Bununla Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi.

Cənab Prezidentin dediyi kimi, onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən
istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir.

10 noyabr Bəyanatına görə Rusiya sülhməramlı kontingentinin Qarabağa gəlişi ilə paralel olaraq erməni hərbi birləşmələri oradan çıxarılmalı idi. Lakin bunun tam əksini baş verdi. Erməni separatçıları gündən-günə Qarabağda möhkəmlənmək üçün orada istehkamlar qururdular. Eyni zamanda ora silah-sursat daşıyırdılar.

Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərəhəd-buraxılış məntəqəsini yaratmaqa sepatatçıların bu cür qanunsuz əməllərinin qarşısı aldı, artıq onları silah- sursat daşımaq üçün yolları bağlanıb. Müsahibədə bu məsələyə toxunan cənab
Prezident deyib ki, Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb: “Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması
bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib”. Dövlətimizin başçısı,
həmçinin Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olunduğunu da qeyd edib: “Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu.

Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə
yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir”. Bununla Azərbaycan terrorizmlə mübarizədə daha bir qətiyyətli atmış oldu. Bu, həm də Azərbaycan tərəfindən terrorçuların ərazilərimizdən çıxarılması üçün növbəti xəbərdarlıqdır.

Artıq onlar bunu qəbul ediblər, çünki bilirlər ki, cavab tədbirləri həyata keçiriləcək. Bu proseslər də Azərbaycanın yeni uğurlarının növbəti mərhələsi olaraq tarixə düşəcək. Bu baxımdan Prezident İlham Əliyev müsahibədə Ermənistandakı ermənilərə də önəmli mesaj verib: “Biz onların dövləti ilə sülh istəyirik, bizim

Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan
liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər.

Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı”. Vətən müharibəsi günlərində Azərbaycan tərəfindən diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri
beynəlxalq ictimaiyyətə çatdırdı. Cənab Prezident eyni fəaliyyətini bu gün də davam etdirir. Dövlətimizin başçısı “Euronews” televiziya kanalına verdiyi
müsahibə informasiya savaşının əsas konturlarını təşkil etməklə milli mətbuatımızın fəaliyyətinə istiqamət verib. Müzəffər Ali Baş Komandanın bu kimi
müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Poliqon.info 


Etiket: Strategiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib

“Hizbullah” İsrail ərazisini raket atəşinə tutub

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay