Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəməndə husilər hipersəs raketi sınaqdan keçirib

Yəmənli husilər yüksək ölümcülliyə malik hipersəs raketi sınaqdan keçiriblər...

Poliqon xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatına yaxın hərbi mənbə “RİA Novosti” Agentliyinə bildirib. Agentliyin mənbəsinin sözlərinə görə, husilər bu tip raketləri öz hərbi arsenalına daxil etmək niyyətindədirlər.

Mənbənin “RİA Novosti”yə verdiyi məlumata görə, söhbət 10 min km/saat sürətə çata bilən raketdən gedir. Raket bərk yanacaqla işləyir.

Mənbə Husi qüvvələrinin raket sınağını “uğurlu” kimi qiymətləndirib. Onun sözlərinə görə, Yəmən bu raketi Qırmızı və Ərəbistan dənizlərində, Ədən körfəzində, eləcə də İsraildəki hədəflərə qarşı hücumlar üçün istifadə olunacaq hərbi arsenalına daxil edəcək.

Agentliyin mənbəsi əlavə edib ki, husilər hipersəs raketini sınaqdan keçirməklə yanaşı, partlayıcı döyüş başlıqlarını dəyişdirərək raket və PUA-larını da yeniləyiblər. “RİA Novosti”nin həmsöhbətinin sözlərinə görə, bu, husilərin hücumlarının dağıdıcı gücünü ikiqat artırmağa imkan verib.

Qeyd edək ki, Yəmən husiləri 2023-cü ilin noyabrında ABŞBritaniya gəmilərinə, eləcə də İsraillə əlaqəli olduğuna inandıqları gəmilərə hücum etməyə başlayıblar. Onlar hərəkətlərini İsraillə müharibədə Fələstinin HƏMAS hərəkatına dəstək verməklə izah edirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay