Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə Milli Təhlükəsizlik Doktrinaları: İsrail və İran

İsraildə və ya İranda milli təhlükəsizlik doktrinasını müəyyən edən heç bir rəsmi sənəd olmasa da, hər iki ölkənin hansı əsaslar və şərtlər altında güc tətbiq etdiyinə dair aydın göstəricilər var...

Nebil Fehmi, Misırin sabiq xarici işlər naziri
“Şarkul Avsat” qəzeti, 7 fevral 2022-ci il

Dövlətin milli təhlükəsizlik doktrinası, ümumiyyətlə yaşamaq qabiliyyəti məsələləri çərçivəsində suveren qərarların qəbul edilməsinin əsasları və konsepsiyalarının nəticəsi kimi müəyyən edilir. Bu doktrina diplomatik fəaliyyət mərhələsi keçdikdən sonra ordunun və təhlükəsizlik qüvvələrinin müdaxiləsi üçün lazımi əsas və qaydaları müəyyən edir. Milli təhlükəsizlik məsələlərinin vacibliyini nəzərə alaraq, təhlükəsizliyə və sabitliyə qarşı hər hansı təhlükə qarşısında hazır olmaq üçün mütəmadi olaraq ümumdünya və xüsusilə də, Yaxın Şərqdəki media orqanlarını izləyir, Misir və ərəb ölkələrinin mənafeyini qorumaq üçün yollar axtarıram.

Bu gün isə bu mövzu ilə bağlı yazıma ərəb olmayan Yaxın Şərq ölkələrindən başlayacağam.

İsrail Milli Təhlükəsizlik Doktrinası

İsrail dövlətinin milli təhlükəsizlik doktrinasını formalaşdıran və onunla əlaqəli elementləri izah edən rəsmi sənəd olmasa da, İsraildə bir çox Qərb ölkəsində, xüsusilə böyük ölkələrdəki kimi milli təhlükəsizlik qərarlarını hadisələr əsasında və ya təhlükələrə cavab olaraq vermək əvəzinə, təkmilləşdirilə bilən formal doktrina qəbul etməyin vacibliyi ilə bağlı regional müzakirələr və ümumi bir fikir birliyi var.

1952-ci ildə İsrailin ilk baş naziri və dövlət qurucusu Devid Ben-Qurionun kabinetinə təqdim edilən sənəddən sonra 2015-ci ildə İsrail Baş Qərargah rəisi tərəfindən Müdafiə Nazirliyi üçün sonuncu dəfə strateji sənəd hazırlamaq cəhdi edildi. Məlumdur ki, keçmiş baş nazir Bünyamin Netanyahu 2018-ci ildə bununla bağlı rəsmi sənəd, bəzi ordu komandirləri isə 2019-cu ilin payızında İsrailin milli təhlükəsizliyi ilə bağlı sənəd hazırlayıblar.

Bu və bir çox başqa məqalələrin nəzərdən keçirilməsi İsrailin milli təhlükəsizlik doktrinasının öz sferasından çox kənarda olan və qonşularının təsir dairəsinə daxil olan prinsiplərini üzə çıxaracaq. Bu doktrinanın diqqət mərkəzində aşağıdakı elementlər durur:

1. Təl-Əvivlə “Yaşıl Xətt” (1949-cu il Sülh müqaviləsi, daha sonra 1967 Sərhədləri kimi tanınacaq xətt) arasında müdafiə zolağının cəmi 10 km olması və hər zaman qüvvələri bir cəbhədən digərinə ötürmək qabiliyyətini saxlaması;

2. Başqalarına arxayın olmadan özünü qorumaq əzminin olması;

3. Ordunun güclü və məcburi hərbi xidmətə əsaslanması;

4. Qonşuların hərbi imkanlarına qarşı ordunun çəkindiriciliyi, strateji üstünlüyü, təhlükəsizlik və kəşfiyyat sahəsindəki müxtəlif bacarıqlara və müəyyən hədəflərə birbaşa hərbi hücumlara imkan verən ağıllı silahlara sahib olması;

5. Müasir texnoloji irəliləyişlərlə kiber müdafiə imkanlarının və İsrailin hərbi xərclərinin artmasına səbəb olan ordunun ölkənin infrastrukturunu müdafiə etmək qabiliyyətini qoruyub saxlaması mövzusunda ənənəvi fikir birliyinin olması.

İsrailli analitiklər son vaxtlar bəzi ehtiyatsız və ya qabaqlayıcı müharibələrə girməmək barədə xəbərdarlıq ediblər. Onlar çəkindirmək üçün öz gücünə arxalanmağa və hərbi münaqişələri öz sərhədlərindən uzaq tutmağa üstünlük verən İsrailin eyni vaxtda hər iki tərəfdə aqressiv hərbi əməliyyatlar həyata keçirə biləcəyinə diqqət çəkir, manevr qabiliyyətini həmişə vurğulayırlar.

Analitiklər hesab edirlər ki, İsrail həmişə güclü zəminə və əraziyə nəzarət etmək imkanına malik olmalıdır. Xüsusən də İordan çayının qərb sahili, İordan çayı və ya Livan ərazilərinə. İsrailin şərq sərhədlərindəki ərazilərdə ciddi parçalanmaları nəzərə alsaq, milli təhlükəsizlik doktrinasının mənzərəsini tamamlamağın çətin olduğuna dair qəti bir düşüncənin olması da diqqətəlayiqdir.

İran Milli Təhlükəsizlik Doktrinası

Digər tərəfdən, İranın da milli təhlükəsizlik doktrinasını ortaya qoyan heç bir rəsmi sənəd tapa bilmədim. Bunun əvəzində İranın yeni prezidenti İbrahim Rəisi seçildikdən sonra daha sərt görünən bəzi siyasətləri açıqlayan ilk rəsmi çıxışında İranın milli təhlükəsizlik konsepsiyası və bu konsepsiyanın İranda həyata keçirilməsinin sərhədlərini və istiqamətlərini əks etdirən bəzi əsaslar barədə danışıb.

Rəisinin məqsədi ilə İranın siyasətlərini anlamağın ən mühüm cəhətini bir daha vurğulamaq idi ki, İran bəzi böyük dövlətlərin hədəfində olan bir ölkə olaraq öz sərhədlərindən uzaqda üzləşə biləcəyi təhlükələrə qarşı durmalıdır.

Bunun İranın regional siyasətlərinin və regional məsələlərdə iştirakının ən azından yaxın gələcəkdə azalmayacağının göstəricisi olduğunu bildirən Rəisi ölkəsinin şərqə daha çox önəm verəcəyini, yəni İranın Qərbə və ya böyük ölkələrə olan ənənəvi marağının azalacağını vurğulayıb. Bu, keçmişdə beynəlxalq qütblər, ABŞ və Sovet İttifaqı arasında qlobal tarazlıq kontekstində Qərbə böyük əhəmiyyət verən İranın tarixi milli təhlükəsizlik konsepsiyasında Şərqə doğru əhəmiyyətli sürüşmədir. Bu, həm də Çinin Yaxın Şərqdəki təsirinin və ABŞ-la olan rəqabətinin artacağı mənasına gəlir.

Rəisi, həmçinin, İranın siyasi səhnəsində tez-tez səslənən region qonşuları ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunu bildirib və əminliklə qeyd edib ki, İranın son zamanlar, xüsusən də birbaşa və böyük ölkələrdən uzaq qonşuları ilə dialoqu onu daha da gücləndirir. Burada bir tərəfdən akademik təmaslar, digər tərəfdən də Oman və İraq hakimiyyətinin Səudiyyə Ərəbistanı ilə İran arasında davam edən barışıq cəhdləri haqqında deyilənləri nəzərdən qaçırmamalıyıq.

Rəisi İran və dünya gücləri arasında imzalanan nüvə sazişinin canlandırılması üçün hazırda danışıqlarda olan beynəlxalq diplomatik səylərin davam etdirilməsində maraqlı olduğunu qeyd edib. Danışıqların son mərhələlərinin məlum olduğu kimi çox həssas olacağını qeyd edən İran tərəfi ABŞAvropa İttifaqının (Aİ) imzalanmış razılaşmanı pozaraq birtərəfli qaydada atdığı addımların təkrarlanmamasını təmin etmək əzmindədir. O, həmçinin, İranın ballistik raket imkanları ilə nüvə sazişinin canlandırılmasına dair razılaşmanın əlaqələndirilməsini inkar edir. İranın regional metodologiyası və sərhədlərindən uzaqda münaqişələrə girmək və ya təhdidlərlə mübarizə aparmaq istəyi ilə bağlı belə bir münasibət var.

İsraildə və ya İranda milli təhlükəsizlik doktrinasını müəyyən edən heç bir rəsmi sənəd olmasa da, hər iki ölkənin hansı əsaslar və şərtlər altında güc tətbiq etdiyinə dair aydın göstəricilər var. İki ölkə ənənəvi rəqiblər, hədəflər və tərəfdaşlar olsalar da, bunlar çox vaxt ərəb ölkələrindəki göstəricilərdən kənara çıxan göstəricilərdir.

Bu durumda ərəb ölkələrinin milli təhlükəsizliyini ayrı-ayrılıqda və ya regional olaraq müəyyən edən daha aydın konsepsiya və əsasların olması və bu konsepsiyanın aydınlaşdırması daha məqsədəuyğun olmazmı?..

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay