Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yalnız “qadınlardan” ibarət olan “troll fabriki”ni Nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində Yeniavaz.com saytında “Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur” sərlövhəli yazı dərc olunub.

Yazı eyni gündə saytın “Facebook” sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb.

Yazı sosial şəbəkə hesabında paylaşıldıqdan sonra rəy bölməsində eyni üslub və eyni dəsti-xətt ilə ondan çox rəy yazılıb. Rəy yazanlar pensiya ödənişi müddətinə görə Azərbaycanın regionda sonuncu sırada olmasına haqq qazandırmğa cəhd ediblər.



Paylaşıma rəy yazan istifadəçilərlə bağlı diqqət çəkən bir sıra məqamlar var:

– Rəy yazan istifadəçilərin hamısı qadın ad-soyadından istifadə edir.

– İstifadəçilərin heç birinin real profil fotosu mövcud deyil.

– İstifadəçilərin iş yerləri ilə bağlı qeydləri saxtadır. Məsələn, “Gunay Ibraqimova” adlı istifadəçi iş yeri olaraq “Yelo Bank”ı göstərib. Lakin, “Yelo Bank”dan Yeniavaz.com-a verilən məlumatda onların belə bir işçisinin olmadığı bildirilib.



– İstifadəçilərin hamısı yazdıqları rəylərdə oxşar orfoqrafiq səhvlərə yol verirlər.

– Sosial şəbəkə hesablarındakı paylaşımlarda oxşarlıqlar var. Adətən müxtəlif yeməklər, güllər, arxadan çəkilən qadın fotoları və s. paylaşırlar.

– Bu istifadəçilər sosial şəbəkələrdə ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə aid olan paylaşımlara rəy yazırlar. Həmin istifadəçilərdən istənilən birinin ad-soyadını “Facebook”un axtarış bölməsinə yazdıqda bu fakt ortaya çıxır.

– Bu istifadəçilərin əksəriyyəti ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsini bəyənirlər.

– Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin paylaşdığı bir məlumatı bu istifadəçilərdən bəziləri eyni anda paylaşıblar.



Məlumat üçün onu da bildirək ki, Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan “Troll fabriki” necə işləyir?” adlı məqalədə kimlərin “troll” hesab oluna biləcəyi qeyd olunur. Həmin məqalədə “trolları” müəyyən edən bəzi əlamətlər göstərilib. Həmin əlamətlərin bəziləri bizim yuxarıda haqqında bəhs etdiyimiz istifadəçilərin əlamətləri ilə üst-üstə düşür.

Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan həmin məqalədə, həmçinin qeyd olunur ki, “trollar”ın fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır: “Bu isə, cəmiyyət üçün olduqca təhlükəli haldır. Belə halların qarşısının alınması üçün sosial şəbəkələrdə sözügedən saxta “troll” hesabları haqqında saytlar və ya sosial şəbəkə rəhbərlərinə təcili qaydada məsələ ilə bağlı şikayətlə müraciət etmək məqsədəuyğundur”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Ən çox oxunanalar