Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xüsusi nümayəndə: İşğal dövründə dağıdılan 56 min ha meşə fondu bərpa olunmalıdır

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlama verib...

“İşğal dövründə 56 min hektarlıq meşə fondumuz düşmən trərəfindən dağıdılıb. Bu fondun dayanıqlı şəkildə bərpa olunması olduqca vacibdir”.

APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib. Emin Hüseynov bildirib ki, işğaldan azad edimiş bir çox şəhər, kənd və qəsəbələrdə bərpa-quruculuq işləri getdiyi zaman bir çox ekoloji problemlərə rast gəlinir: "Bildiyiniz kimi dövlət başçısının rəhbərliyi altında böyük qayıdışın birinci dövlət proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam etməkdədir. Bu işlər hazırda qrafikə uyğun şəkildə icara olunur. Amma prosesdə sözsüz ki, müəyyən məsələlər ortaya çıxır. Xüsusilə də ekoloji dayanıqlılıq məsələləri ən vacib məqamlardan biridir. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilər yaşıl zona kimi qəbul olunub. Azərbaycan dövləti ekoloji dayanıqlılıq məsələləri ilə bağlı olduqca həssas davranır. Bu artıq öz təsdiqini tapdı. COP-29 gələn il Azərbaycanda keçiriləcək. Ümumiyyətlə, ekoloji məsələlərə diqqətin artması işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində də müşahidə olunur. Bu gün bir çox şəhər, kənd və qəsəbələrdə bərpa-quruculuq işləri getdiyi zaman biz bir çox ekoloji problemlərlə rastlaşırıq. 56 min hektarlıq meşə fondumuz düşmən trərəfindən dağıdılıb. Bu fondun dayanıqlı şəkildə bərpa olunması, bundan başqa xalqımızın tarixi mədəni abidələrindən sayılan çoxsaylı kəhrizlərin bərpa olunması olduqca vacibdir”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar