Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndində baş verə biləcək təxribatlara Azərbaycan müdaxilə edəcək?

Ermənilər Azərbaycanın 2000 nəfərlik polislə Xankəndinə müdaxilə edəcəyi iddia edirlər...

Siyasi-şərhçi: “Artıq ermənilər Azərbaycan tərəfin addım-addım Xankəndinə doğru yaxınlaşdığını hiss edirlər”.

“Xankəndində bundan sonra həyata keçirilə biləcək istənilən təxribatın qarşısını almaq Azərbaycan tam suveren hüququdur”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Xankəndində keçiriləcək mitinqə Azərbaycanın müdaxilə edəcəyi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Samvel Babayanın Xankəndində mitinq keçirməsindən narahatlığını bildirən erməni jurnalist N. Xoxikyanın Azərbaycanın 2000 nəfərlik polislə buraya müdaxilə edəcəyi proqnoz edib. İndiki məqamda Azərbaycanın hansısa bir formada Xankəndində əməliyyat keçirəcəyi real ola bilər?

Xankəndində baş verənləri Poliqon-un əməkdaşı Ağ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Son illərə qədər Ermənilərin toxunulmazlığı ilə bağlı bir mif yaranmışdı. Əvvəl bu mifi Vətən müharibəsində Azərbaycan Ordusu sındırdı, son olaraq da, Xankəndi-Laçın sərhəd buraxılış məntəqəsini qurduq və bu da ermənilərin tozunulmazlıqları ilə bağlı mifi yerləbir etdi”.

Azərbaycanın Xankəndində antiterror əməliyyatına başlamalı olduğunu düşünən ekspert vurğulayıb ki, bu müddəti hələ çox keçirmişik:

“Bu fikirlərdə həm əndişə var, həm də önləyici tədbir almaq hiss olunur. Ermənilərin təlaş içərisində olmaları normaldır. Son illərə qədər Ermənilərin toxunulmazlığı ilə bağlı bir mif yaranmışdı. Əvvəl bu mifi Vətən müharibəsində Azərbaycan Ordusu sındırdı, son olaraq da, Xankəndi-Laçın sərhəd buraxılış məntəqəsini qurduq və bu da ermənilərin tozunulmazlıqları ilə bağlı mifi yerləbir etdi. Bundan sonra ermənilər bir daha Azərbaycan tərəfin nəyə qadir olduğunu gördülər. Bununla həm də reallıqlarla bir daha barışdılar. Barışmayanlar isə Azərbaycanın ədalət gücü ilə üz-üzə qalacaq.

Artıq ermənilər Azərbaycan tərəfin addım-addım Xankəndinə doğru yaxınlaşdığını hiss edirlər. Onun üçün də müəyyən çabalar göstərirlər və təşvişləri hər gün artır. Amma bütün bunlar yetərsizdir. Biz hər zaman ifadə etmişik ki, Xankəndində antiterror əməliyyatına başlamalıyıq. Bu müddəti hələ çox keçirmişik.

Cavanşir Abbaslı: “Əvvəl Vətən müharibəmizlə milli problemlərimizin böyük əksəriyyətini həll etdik. İndi növbə Xankəndidir”.

Artıq tarixi ərazimiz Xankəndində ermənilərin qurduqları şoulara son verməliyik, qondarma rejimin əski parçası olan “bayrağını” əllərindən alıb başlarına çırpmalıyıq, vətəndaşımız olan ermənilərdən Azərbaycan tərkibində yaşamaq istəyənlər yaşayacaq, bunu istəməyən cinayətkar ünsürləri o torpaqlardan çıxarmalıyıq. Sərt ritorikamızı davam etdirməliyik. Necə ki, son təxribatlarına necə cavab verdiksə, bu formada da davam etməliyik.

Dediyim kimi, Xankəndində bundan sonra həyata keçirilə biləcək istənilən təxribatın qarşısını almaq Azərbaycan tam suveren hüququdur. O yer bizim tarixi ərazimizdir, heç bir şübhəli yerlər sayıla bilməz. Bütün problemlər bir anda həll oluna bilməz. Əvvəl Vətən müharibəmizlə milli problemlərimizin böyük əksəriyyətini həll etdik. İndi növbə Xankəndidir, onu da qısa müddətdə aradan qaldıracağıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay