Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

Aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb...

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.

“Nəqliyyat planında nəzərdə tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini tapıb, - R. Hümmətov bildirib,

Onun sözlərinə görə, həmçinin Laçın şəhərinin Baş Planına uyğun olaraq, şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təşkili məqsədilə nəqliyyat planı hazırlanıb, Şuşa şəhəri üzrə isə işlər davam edir.

İclasda yaxın zamanda məskunlaşması nəzərdə tutulan ərazilərdə, o cümlədən Xocalı və Xankəndi şəhərlərində, Kərkicahan qəsəbəsində və Malıbəyli kəndində zəruri yol-nəqliyyat infrastrukturunun qurulması, ictimai nəqliyyat, sərnişindaşıma və telekommunikasiya xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilib

Ən çox oxunanalar