Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Whatsapp”a barmaq izi skanı gəlir

“Whatsapp”ın “Android” versiyasında messencerin istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib

Lakin bu funksiya adi istifadəçilərdən hələlik gizlədilib.

“Technote” xəbər verir ki, sözügedən funksiya messencerin "Gizlilik" ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil, messencerin özü tamamilə bloklanır. (“Qafqazinfo”)

Əgər smartfonun barmaq izi skanı texnologiyası hansısa səbəbdən istifadəçinin barmaq izini təyin etmirsə, onda "Whatsapp"ı "Android"in standart blokdan çıxartmaq üsulu ilə (qrafik şifrə, PIN kod və ya adi şifrə) aktivləşdirmək olar. Messencerin "iOS" versiyasında bu funksiya hələ keçən ilin yaz fəslində ortaya çıxmışdı. Lakin "iOS" versiyada da funksiya hələlik test mərhələsində çalışır və yalnız az istifadəçi kütləsi üçün aktiv edilib.

Yeni funksiyanın rəsmi olaraq nə zaman təqdim olunacağı məlum deyil. Lakin bu, qısamüddətli təcrübə olsa idi çətin ki, tərtibatçılar buna bu qədər zaman ayırardılar. Messencerin beta versiyasında ortaya çıxmış daha bir maraqlı funksiya da ondan ibarətdir ki, bundan sonra istifadəçi göndərəcəyi audiomesajı göndərməmişdən öncə dinləyə biləcək.


pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

SEPAH Haniyənin ölümünün təfərrüatını açıqladı

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay