Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Rəhimzadə: Xankəndinin “Zəfər meydanı”nda qalanan Novruz tonqalı tarixi ədalətin bərpasının təsdiqidir

Artıq dördüncü ildir ki, bayramları, əlamətdar günləri fərqli ovqatda, böyük ruh yüksəkliyi ilə qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz 30 ildə hər  bayram günlərində dilədiyimiz arzuları reallıqla əvəzlədi...

30 ildə xalqımız bu arzu, amal ilə yaşayırdı ki, torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, bu torpaqlarda yeni həyat başlasın. Bu arzular artıq gerçəklikdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə elə bir qəhrəmanlıq səhifəsi yazdı ki, həmin Zəfər bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandırdıqdan sonra Azərbaycan xalqına bayram təbrikində qeyd etdiyi kimi, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaq və bu torpaqlarda həyat qaynayacaq.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, hər bir bayram tədbiri bir hesabat xarakteri daşıyır. Prezident İlham Əliyevin çıxışı 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları barədə aydın təsəvvür yaradır. Tarixi Zəfərimizə gedən yol məlumdur. Azərbaycan işğalın davam etdiyi illərdə münaqişənin sülh yolu ilə həllinə səy göstərdi. Ermənistan isə əksinə qeyri-konstruktiv mövqeyi ilə məsələnin həlli prosesinin 30 il uzanmasına səbəb oldu. Düşmən danışıqlara imitasiya naminə qatılaraq vaxt qazanmağa çalışdı. Azərbaycan bu illər ərzində hər bir sahədə  inkişaf etdi, zəngin təcrübəsi ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin bayram təbrikində qeyd olunduğu kimi, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşdı. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər getdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı  mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdi,  münaqişənin həlli üçün hüquqi,  siyasi zəmin yaradıldı. Ölkəmiz  iqtisadi inkişafa nail oldu. İqtisadi müstəqilliyimizin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi. Güclü iqtisadiyyat  imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Novruz tonqalını alovlandırması, Azərbaycan xalqını Xankəndidən təbrik etməsi Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesaj oldu. Bir daha bütün dünyaya bəyan edildi ki, bu torpaqların əsil sahibi bizik. Prezident İlham Əliyev təbrikində bu mühüm məqama da diqqəti yönəltdi ki, bu ilin 26 fevral tarixində Xocalı şəhərində xocalılılarla birlikdə Xocalı Memorial Kompleksinin təməli qoyuldu. Xankəndidəki qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası həmin tarixdə  sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı.

Vüqar Rəhimzadə  bildirib ki, Prezident İlham Əliyev artıq dörd ildir  Novruz tonqalını işğaldan azad edilmiş ərazilərimizdə alovlandırır. 2021-ci ildə bu sevinci Qarabağın tacı Şuşa, 2022-ci ildə Suqovuşan, ötən il Talış kəndi yaşadı. Müzəffər Ali Baş Komandan bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırıb. Xankəndi şəhərindən Azərbaycan xalqına Novruz təbriki də mühüm çağırışlarla, mesajlarla zəngin oldu. Dövlət başçısı bəyan etdi: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar