Bazar ertəsi, 15 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşların diqqətinə: Hansı halda kommunal borcunuzun silinməsini tələb edə bilərsiniz?

Yaşayış binalarında istilik təchizatı ilə bağlı yaranan fasilələr sakinləri narahat edir...

Vətəndaşlar “Azəristiliktəchizat” ACS-dən şikayətlənir, istilik almadıqları günlərin ödənişini etmək istəmirlər.

Ümumiyyətlə, bu problem araşdırılırmı? Əgər istilik təminatında yaranan texniki problem vətəndaşdan deyil, qazanxanalardan və birbaşa “Azəristiliktəchizat” ACS-dən asılıdırsa, vətəndaşın istilik təminatı olmayan günlər üzrə ödəməli olduğu xidmət haqqı silinirmi?

Bu barədə Oxu.Az-a açıqlama verən “Azəristiliktəchizat” ACS-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, fakt üzrə şikayət vacibdir:

“Belə ki, qurumun balansında olan 561 qazanxana və 88 istilik məntəqəsi fasiləsiz işləyir. Əgər mənzilin istilik təminatında bir neçə gün fasilə yaranarsa, bu məsələ ilə bağlı vətəndaş quruma müraciət etməlidir. 184 min mənzildən hansısa birinə istilik verilməsi ilə problem varsa, böyük ehtimalla bu, mənzildaxili problemlərdən dolayıdır.

Bütün hallarda vətəndaşlardan bu istiqamətdə gələn şikayətlər “Azəristiliktəchizat” ACS tərəfindən araşdırılır. Əgər aparılan araşdırma nəticəsində qazanxana, magistral və ya məhəllədaxili xətlərdən, eləcə də “Azəristiliktəchizat” ACS-dən asılı olan səbəblərdən vətəndaşın mənzilinin istilik təchizatında fasilələr olduğuna dair şikayət öz təsdiqini taparsa, bu halda vətəndaşın istilik almadığı günlər üzrə ödəniləcək borcu silinə bilər”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rafael İsgəndərov ölüm xəbərini təkzib edib...

HƏMAS hərəkatın Qəzzada danışıqlara son qoymaq qərarına dair xəbərləri təkzib edib - Yenilənib

CNN: Bayden və Trampın sui-qəsddən sonra söhbəti qısa, lakin hörmətli olub

Taksi sürücüləri yeni qanundan yayınmağa çalışırlar: Göstərilən maşının yerinə başqası gəlir    

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib

"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan uzaq qalacaq

Qaxda avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

Trampa atəş açan şəxsin avtomobilindən partlayıcı qurğu tapılıb

Trampın seçki qərargahlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar