Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Çinin Rusiyaya artan dəstəyini dayandıra biləcəkmi?

NATO-nun Vaşonqtonda keçirilən sammitinin yekun bəyannaməsində Çin Rusiyanın Ukraynada apardığı müharibənin əsas sponsoru adlandırıldı...

Politoloq: “Bu cür bəyanatdan və çağırışdan sonra əksinə Pekin Moskva ilə tərəfdaşlığını daha da gücləndirəcək”.

“Küncə sıxılan Çin, Rusiya ilə birgə anti-Qərb blokunu gücləndirməyə çalışacaq”.

Bu sözləri politoloq Elxan Şahinoğlu NATO-nun Rusiya ilə bağlı Çinə verdiyi bəyanatı Poliqon-a şərh edərkən qeyd edib.

NATO-nun Vaşonqtonda keçirilən sammitinin yekun bəyannaməsində Çinin Rusiyanın Ukraynada apardığı müharibənin əsas sponsoru adlandırılması qütblər arasında gərginliyi artırıb. Belə ki, Şimali Atlantika Bloku Çini Rusiyanın hərbi maşınına maddi və siyasi dəstəyi dayandırmağa çağırıb. NATO tarixində ilk dəfədir ki, Çinin ünvanına bu qədər sərt fikirlər səsləndirilib.

Bəs, NATO bu bəyanatı Çinin Rusiyaya artan dəstəyinin dayandıra biləcəkmi, yoxsa tamaməm əks proses yaşanacaq?

NATO-Çin qarşıdurmasını Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Pekin Vaşinqtonun və Brüsselin bu kimi təzyiqlərindən geri çəkilən deyil”.

NATO üzvlərinin Çinə qarşı iqtisadi alətləri işə saldıqlarını, Çin məhsullarına gömrük verigilərini artırdıqlarını vurğulayan politoloq Poliqon-a bildirib ki, bütün bunlar Pekini çəkindirmir:

“Bu cür bəyanatdan və çağırışdan sonra əksinə Pekin Moskva ilə tərəfdaşlığını daha da gücləndirəcək. Pekin Vaşinqtonun və Brüsselin bu kimi təzyiqlərindən geri çəkilən deyil. Təsadüfi deyil ki, Pekindən NATO-nun ünvanına təxminən bu cür açıqlamalar göndərilib: “Gedin işinizlə məşğul olun!”. Bu o deməkdir ki, Rusiya ilə bacara bilməyən hərbi təşkilat Çinə dilə uzatmasın.

NATO Çinə qarşı nə edə bilər? Birincisi, təşkilat özünün məsuliyyət zonasına daxil olmayan Hind və Sakit Okean bölgəsində fəallığını artıracaq, Çinə qarşı yeni bloklar formalaşdıracaq. Misal üçün NATO Yaponiya ilə sıx əlaqələr qurub, təşkilatın Tokioda ofisi fəaliyyətə başlamalıdır.

İkincisi, NATO üzvləri Çinə qarşı iqtisadi alətləri işə salıblar, Çin məhsullarına gömrük verigiləri artırılıb. Bütün bunlar Pekini çəkindirmir. Küncə sıxılan Çin, Rusiya ilə birgə anti-Qərb blokunu gücləndirməyə çalışacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Ən çox oxunanalar