Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampa sui-qəsdin seçkilərə necə təsir edə edəcək...

Sui-qəsd cəhdi keçmiş Amerika lideri Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlməsinə kömək edəcək...

Poliqon xəbər verir ki, bu fikri Mərkəzi Kəşfiyyat İdarəsininkeçmiş analitiki Larri Conson bildirib.

Ekspertin fikrincə, insident ABŞ prezidenti Co Bayden administrasiyasının Trampa qarşı kampaniyasını “tamamilə tərksilah edib” və bu, siyasətçini “ölkə üçün ekzistensial təhlükə kimi iblisləşdirməyin nəticəsi” olaraq ortaya çıxıb.

Conson vurğulayıb ki, əgər kimsə ABŞ üçün təhlükə yaradırsa, öldürülməlidir. Buna əsaslanaraq, Baydenin Trampı “təhdid” adlandırmaq və onu dayandırmağa çağırmaq cəhdi uğursuzluğa məhkumdur və hazırkı prezidentə xidmət edəcək.

“Mən düşünmürəm ki, Trampa bu hücum onun siyasi statusunu artırmaq üçün təşkil edilib. Şübhəsiz ki, bu təsir edib. Onun populyarlığı qrafiklərdən kənardır. Bu hadisə əvvəllər Baydeni dəstəkləyən demokratların dəstəyini cəlb edir. Tramp indi həmişəkindən daha dominantdır. Onu bu vəziyyətdən çıxarmaq çətin olacaq”, deyə Conson bildirib.

Keçmiş analitik belə dəstəyə misal olaraq amerikalı milyarder İlon Maskı göstərib. Sui-qəsd cəhdindən sonra o, Tramp Fonduna pul bağışlayıb.

Conson həmçinin hesab edir ki, indi eks-prezidentə qarşı hər hansı mənfi münasibət Vaşinqtonda nəyisə dəyişməyin vaxtı çatdığı fikrini gücləndirəcək. O əlavə edib ki, Trampa qarşı hər hansı tənqid zorakılığa təhrik kimi qəbul ediləcək.

Xatırladaq ki, sui-qəsd iyulun 13-də Pensilvaniyada Trampa dəstək aksiyasında baş verib. Atəş açan şəxs 20 yaşlı Tomas Metyu Kruks olub və o, hadisə yerində öldürülüb. Atəş nəicəsində bir nəfər ölüb, daha iki nəfər isə ağır yaralanıb. Trampın özü isə sağ qulağından yaralanmaqla xilas olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar