Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taxıl sahələrini yandıranlar cəzalandırılacaqlar - Rəsmi bəyanat

"Əkin sahələrində texniki cəhətdən saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikaları yanğın təhlükəsi yaradır"...

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yay mövsümü insanların təbiət qoynunda istirahətə marağının artması ilə yanaşı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi ilə müşayiət olunur:

"Havanın yüksək temperaturu, xüsusilə bəzi vaxtlarda güclü küləklərin müşahidə olunması, eləcə də əkin sahələrində texniki cəhətdən tam saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikalarının istismarı yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır. Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur."

Məlumatda qeyd olunub ki, baş verən hər bir yanğın hadisəsi araşdırılaraq hüquqi qiymət verilir və günahkar şəxslərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.

"Göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə, xüsusilə sahibkarlara, fərdi təsərrüfat sahiblərinə, təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır və daha diqqətli olmağa çağırır", - deyə nazirlikdən bildirilib

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Ən çox oxunanalar