Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sui-qəsd zamanı Tramp: Dayanın, mənim ayaqqabılarımı verin...

Donald Tramp sui-qəsdçini bir atəşlə vurub öldürən Gizli Xidmətin işini “fantastik” adlandırıb...

Poliqon xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı ona qarşı sui-qəsdin təfərrüatları barədə The New York Post qəzetinə danışıb.

Müsahibəsində Tramp qeyd edib ki, həkimlər onun sağ qalmağını möcüzə adlandırıblar. Sabiq prezident həmçinin bildirib ki, Gizli Xidmət qəhrəmancasına hərəkət edib və səhnədən 120 metr aralıda olan silahlı şəxsi bir güllə ilə öldürüb.

“Onu gözlərinin arasından bir güllə vuraraq zəərərsizləşdirdilər. Onlar fantastik iş gördülər”, deyə Donald Tramp Məxfi Xidmət agentlərinin işini şərh edərkən bildirib.

Tramp sui-qəsddən dərhal sonra yaşanan epizodu da şərh edib. Tramp qeyd edib ki, agentlər onu səhnədən götürməyə çalışıblar və o,bu zaman qışıqrıb ki, ayaqqabılarını ona versinlər.

“Mən qışqırdım ki, dayanın, mənə ayaqqabılar lazımdır”, deyə Tramp sui-qəsddən sonra yaşananlardan danışıb.

Tramp izah edib ki, güllələrdən qorumağa çalışan təhlükəsizlik işçiləri onu yerə yıxıblar və bu zaman onun ayaqqabıları çıxıb.

“Agentlər məni elə yerə yıxdılar ki, ayaqqabılarım çıxdı və məni çimdiklədilər”, deyə Tramp vəziyyəti şərh edərkən bildirib.

Keçmiş prezident sui-qəsddən sonra internetdə məşhurlaşan foto ilə bağlı sualı da cavablandırıb. Orada Donald Tramp qulağından yaralandıqdan sonra yumruğunu havaya qaldırır.

“Bir çox insanlar bunun indiyə qədər gördükləri ən simvolik fotoşəkil olduğunu söyləyirlər. Onlar haqlıdırlar. Və mən ölmədim. Adətən əlamətdar bir şəkil əldə etmək üçün ölmək lazımdır”, deyə Tramp əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb

Ən çox oxunanalar