Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun yardımları, Qərbin radikal addımları... - Ukrayna-Rusiya müharibəsi yeni mərhələyə keçir?

NATO-nun sammitində müzakirə predmetlərinindən biri də Rusiya-Ukrayna məsələsi olub...

Politoloq: “Artıq Rusiya-Ukrayna müharibəsi Qərbin Kollektiv şəkildə birləşməsinə, NATO-nun da inkişaf etməsinə gətirib çıxarır”.

NATO-nun 75-ci zirvə toplantısında Ukrayna və Rusiya ilə bağlı alınan qərarlar əlbəttə ki, Rusiyanın strateji məğlubiyyətinə hesablanıb”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə NATO sammitində Ukrayna-Rusiya müharibəsinin müzakirə edilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, iyulun 10-u Vaşinqtonda NATO-nun növbəti sammiti keçirildi. Sammitin müzakirə predmetlərinindən biri də Rusiya-Ukrayna məsələsi, yəni Ukraynaya yeni hərbi dəstəyin verilməsi idi. Müzakirə zamanı Böyük Britaniyanın yeni baş naziri Kim Starmer Ukraynaya verilən silahın hansı məqsədlə istifadə ediləcəyinə yanlız özü qərar verə biləcəyini bildirdi. Bununla yanaşı, NATO Ukraynaya bir il ərzində 40 milyard avro məbləğində hərbi yardım göstərəcəyi təsdiqləndi.

NATO-nun bu yardımları və ümumiyyətlə, Qərbin son vaxtlar daha radikal addımlar atmaq səyləri Ukrayna-Rusiya müharibəsində yeni mərhələnin başlancağı ola bilərmi?

Rusiya-Ukrayna müharibəsinin indiki vəziyyətini Poliqon-un əməkdaşı Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçib və bu müharibə dünyanın siyasi nizamını şəkilləndirəcək”.

Hələ bir müddət də Qərb koalisiyasının müharibəni davam edirəcəyini proqnoz edən politoloq Poliqon-a bildirib ki, getdikcə Rusiyanın imkanları zəifləməlidir:

“Artıq Rusiya-Ukrayna müharibəsi Qərbin Kollektiv şəkildə birləşməsinə, NATO-nun da inkişaf etməsinə gətirib çıxarıb. ABŞ-da bunu planlaşdırırdı. Göründüyü kimi, ABŞ strateji planını həyata keçirməklə dünyada siyasi nizam yaratmaq istəyir.

NATO-nun 75-ci zirvə toplantısında Ukrayna və Rusiya ilə bağlı alınan qərarlar əlbəttə ki, Rusiyanın strateji məğlubiyyətinə hesablanıb. Buna görə də, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə başlayıb və bu müharibə dünyanın siyasi nizamını şəkilləndirəcək. Birqütblü dünyanın yaranması üçün ABŞNATO mühüm addımlar atacaq.

Düşünürəm ki, NATO-nun yardımları və Qərbin bu istiqamətdə birləşməsi Rusiyanın həm taktiki, həm də strateji məğlubiyyəti ilə nəticələnəcək. Hələ bir müddət də Qərb koalisiyası müharibəni davam edirəcək. Çünki getdikcə Rusiyanın imkanları zəifləməlidir. Qərb nə atəşkəs, nə də sülh üçün heç bir danışıqlara getməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay