Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi İrəvanın davranışları fonunda Rusiya Ermənistan qarşısındakı təhlükəsizlik öhdəliklərindən imtina edə bilərmi?

15-24 iyul tarixlərində İrəvanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək...

Politoloq: “Necə ki, NATO deyəndə ABŞ göz önünə gəlir, KTMT deyəndə də Rusiya göz önünə gəlir və bu iki təşkilat bir-birinə düşmən siyasət yürüdən təşkilatlardır. Ermənistan isə KTMT-yə üzv olan dövlət kimi həm də NATO ölkələri ilə əməkdaşlıq edir”.

“Düşünürəm ki, Rusiya həm KTMT-də, həm Avrasiya İqtisadi İttifaqına üzv olan Ermənistan daha da irəli getsə, Kreml də öz addımlarını atacaq”.

Bu sözləri politoloq Xəyal Bəşirov ABŞ-Ermənistan hərbi təlimlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, 15-24 iyul tarixlərində İrəvanda ABŞErmənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək. Bu təlimlər Rusiya siyasi dairələrində əvvəllər də narahatlıq doğurub. Eyni zamanda Rusiya Ermənistanda olan Aİ missiayasının fəaliyyətindən də açıq narazılığını ortaya qoyur.

KTMT ətrafında baş verən qalmaqalları nəzərə alarsaq və Ermənistanın Qərblə hərbi əməkdaşlığı daha da genişlənərsə, Rusiya Ermənistan qarşısında üzərinə götürdüyü təhlükəsizlik öhdəliklərindən imtina edə bilərmi?

Ermənistan-Rusiya münasibətlərini Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Əgər Ermənistan öz dövlətini, xalqını təhlükə altına atmaq istəyirsə, bunun məsuliyyəti digər dövlətlərin üzərinə düşmür”.

Azərbaycan ikinci Qarabağ müharibəsi bitəndən sonra Cənubi Qafqazda müharibənin olmaması, sabitliyin olması üçün bütün addımlarını atdığını vurğulayan politoloq Poliqon-a açqılamasında bildirib ki, Ermənistan və ona havadarlıq edən bəzi qüvvələr hələ də sülh prosesində maraqlı olmadıqlarını öz əməlləri ilə göstərirlər:

ABŞErmənistan arasında hərbi təlimlər ötən il də keçirildi, bu il də keçiriləcək. Bildiyimiz kimi, ABŞ NATO-nun yaradıcı dövlətidir. Yəni ABŞ deyəndə NATO, NATO deyəndə də ABŞ yada düşür.

Ermənistan isə 30 ildən çoxdur Rusiyanın təsiri altında faktiki olaraq rusların forpostu kimi fəaliyyət göstərib. Tək hərbi deyil, bütün istiqamətlərdə Rusiyadan asılı olan Ermənistan həm də KTMT üzvü olan dövlətdir. KTMT-yə üzv olduğuna görə Ermənistanın həm Rusiyan, həm də təşkilata üzv olan dövlətlər qarşısında öhdəlikləri var.

Necə ki, NATO deyəndə ABŞ göz önünə gəlir, KTMT deyəndə də Rusiya göz önünə gəlir və bu iki təşkilat bir-birinə düşmən siyasət yürüdən təşkilatlardır. Ermənistan isə KTMT-yə üzv olan dövlət kimi həm də NATO ölkələri ilə əməkdaşlıq edir. Onlar tərəfindən silahlandırılır. Hətta, Rusiyanın ən böyük düşməni ABŞ Ermənistanda hərbi təlimlər keçirir.

İkinci Qarabağ münaqişəsi bitəndən sonra və Rusiya-Ukrayna müharibəsi davam edən vaxtda bu təlimlərin keçirilməsi Rusiyaya qarşı açılan cəbhə kimi qiymətləndirmək olar. Azərbaycan ikinci Qarabağ müharibəsi bitəndən sonra Cənubi Qafqazda müharibənin olmaması, sabitliyin olması üçün bütün addımlarını atır. Amma təəssüflər olsun ki, Ermənistan və ona havadarlıq edən bəzi qüvvələr hələ də sülh prosesində maraqlı olmadıqlarını öz əməlləri ilə göstərirlər.

Xəyal Bəşirov: “Ermənistan və onun havadarları hansı təhlükəli oyunu oynadıqlarını yaxşı bilirlər”.

Düşünürəm ki, Rusiya həm KTMT-də, həm Avrasiya İqtisadi İttifaqına üzv olan Ermənistan daha da irəli getsə, Kreml də öz addımlarını atacaq. Eyni zamanda KTMT-yə üzv olan dövlətlər də Ermənistandan bununla bağlı hesabat istəyəcəklər.

Bu gün Ermənistanda yalnız Rusiya bütün istiqamətlərdə mövcudluğunu saxlayır. Cənubi Qafqazda Rusiyanın mövcudluğu Ermənistan vasitəsilə həyata keçirilir. Bu reallıqlar fonunda Ermənistan və onun havadarları hansı təhlükəli oyunu oynadıqlarını yaxşı bilirlər. Bu təhlükəni göz önünə alan Ermənistan təbii ki, bunun məsuliyyətini də daşımalıdır.

Hər bir halda bizim əsas istəyimiz heç bir halda Cənubi Qafqazda qarşıdurmaya imkan verməməkdir. Cənubi Qafqazda tək güc sahibi Azərbaycan olsa belə, Cənubi Qafqaz təkcə Azərbaycandan ibarət deyil. Əgər Ermənistan öz dövlətini, xalqını təhlükə altına atmaq istəyirsə, bunun məsuliyyəti digər dövlətlərin üzərinə düşmür. Bunun məsuliyyəti Ermənistan dövlətinin, onu idarə edənlərin üzərinə düşür”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Azərbaycan bayrağı Dövlət bayrağı meydanına qaytarılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay