Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: Bayden mənə qarşı iki cinayət işini ləğv etdirə bilər...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iddia edib ki, Co Bayden Ədliyyə Nazirliyinə Trampa qarşı qaldırılan iki işdən imtina etməyi tapşıracaq...

Poliqon xəbər verir ki, Tramp bunu The New York Post qəzetinə müsahibəsində deyib.

Tramp bildirib ki, bu barədə ona Bayden özü deyib. Nəşr qeyd edir ki, hələlik belə bir tədbirin hazırlandığını göstərən əlamətlər yoxdur.

Co Bayden sui-qəsd cəhdindən dərhal sonra Donald Trampa zəng edib. Eks-prezidentin sözlərinə görə, onların söhbəti “gözəl” olub, Bayden Trampla “çox mehriban” danışıb. Tramp qeyd edib ki, onun məlumatına görə, Co Bayden Ədliyyə Nazirliyinə ona qarşı iki cinayət təqibinin ləğvi barədə göstəriş verəcək.

Qeyd edək ki, may ayında münsiflər heyəti Donald Trampı porno aktrisa Stormi Danielsə ödənişləri gizlətmək üçün sənədləri saxtalaşdırmaqda bütün 34 fakt üzrə təqsirli bilib. O, cinayət törətməkdə təqsirli bilinən ilk ABŞ prezidenti olub. Ona qarşı bir neçə başqa cinayət işləri, o cümlədən məxfi sənədlərlə ehtiyatsız davranma ittihamı da var.

Xatırladaq ki, iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı Trampı öldürməyə cəhd edilib. Güllə siyasətçinin sağ qulağına dəyib. Mitinq iştirakçılarından biri ölüb, ikisi yaralanıb. Atıcının 20 yaşlı Tomas Metyu Kruks olduğu müəyyən edilib və o, Məxfi Xidmət əməkdaşları tərəfindən yerindəcə güllələnərək öldürülüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar