Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orban Aİ liderlərinə Ukraynadakı münaqişənin həlli planını təklif edib

Macarıstanın baş naziri Viktor Orban Rusiya, Çin və ABŞ-a missiyasının ardından Avropa İttifaqı ölkələrinin liderlərinə Budapeştin Ukrayna böhranının həlli ilə bağlı təkliflərini göndərib...

Poliqon xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin siyasi direktoru Balaj Orban “Magyar Nemzet” qəzetinə məlumat verib.

“Biz Orbanın planından danışırıq, bu plan indi bütün Aİ baş nazirlərinin masasındadır”, deyə Balaj Orban deyib.

Macarıstanın baş nazirinin siyasi direktoru qeyd edib ki, Budapeşt Ukraynadakı mövcud vəziyyətlə bağlı realistdir. O, əlavə edib ki, plan real sabitləşmə məqsədlərinə əsaslanır.

Balaj Orban onu da vurğulayıb ki, Avropa İttifaqı Şurasının sədri kimi, bu gün yalnız Budapeşt münaqişənin bütün tərəfləri ilə danışıqlar apara bilər.

Qeyd edək ki, Macarıstanın baş naziri iyulun 5-də Moskvaya səfər edib və orada Putinlə görüşüb. Siyasətçinin səfəri Kiyevə səfərindən sonra baş tutub və səfər zamanı Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar aparıb. Putinlə söhbətdən sonra Orban etiraf edib ki, KiyevMoskvanın mövqeləri indi bir-birindən çox uzaqdır. Buna baxmayaraq, Macarıstanın baş naziri sülhməramlı səyləri davam etdirəcəyinə söz verib.

Putinlə Görüşündən sonra Orban Çində Si Tsinpinlə, ABŞ-da isə Donald Trampla danışıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar