Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib

Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 55 illiyi qeyd edilib...

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda keçirilən tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, hüquq mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzin fəaliyyəti və Ulu Öndərin həyat və fəaliyyətini özündə əkds etdirən foto və video materiallarla tanış olublar. 

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfli həyatına və əzmkar fəaliyyətinə - xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.   

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev bildirib ki, Azərbaycanın bu günə qədər əldə etdiyi bütün naliyyətlər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilib ki, Ulu Öndərin ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daima hörmətlə  xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət  hissi ilə, qurub-yaratmaq amalı ilə yanaşmış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmizdə yaşanan intibahdan, respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan danışan RİH başçısı Ulu Öndərin milli ruhun dirçəldilməsində, dövlətçilik ənənələlərinin qorunub saxlanılmasındakı xüsusi xidmətlərindən söz açıb. Bildirilib ki, bütün həyatı və fəaliyyəti boyunca daima vətənini, onun suverenliyini, dövlətimizin güclənməsini düşünən Heydər Əliyev Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən, bir dövlət kimi məhv olmaq təhlükələrindən xilas etmək üçün misilsiz xidmətlər göstərmişdir. Bu gün də Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyev vətənimizin ərazi bütövlüyünü təmin etmiş, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ətrafında birləşən ordumuz Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə qazanmış və bununla da ata nəsihəti yerinə yetirilmişdir. 

Sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktoru Faiq Xudayev, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Təyyubə Hüseynova çıxış edərək Ulu Öndərin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini bildiriblər. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu qeyd edərək vurğulayıblar ki, Ulu Öndər ömrünü dövlətimizin çiçəklənməsinə və rifahına, xalqımızın inkişafına həsr edib.

Daha sonra Abşeron RİH-i tərəfindən rayon ictimaiyyətinin bir qurup üzvünə Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində və Abşeron rayonunun ictimai həyatında fəal iştirakına görə Fəxri Fərmanlar təqdim edilib.  

Poliqon.info

 

 

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Rusiya Donetsk vilayətində mağazanı vurub, 11 nəfər ölüb, 37 nəfər yaralanıb - Yenilənib

Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert

Ən çox oxunanalar