Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vəfasızmış bu dünyanın o üzü...”

Gülsadədən yeni şeir...

Canımın ağrıyan yeri,
həsrətimin üç hərfli nidası—
atam mənim!
Kimsə bilməz içimdəki bu yası.
Bir zəng gələ, mən açam ki, səsindir...
İnan mənə, inan atam bəsimdir.
Sənsizliyim ağrılıdır, ağırdır,
mən xırdayam, mən acizəm əlində.
Sarılıram məzarına, isinmirəm, ay ata!
Çağırıram hər nəfəsdə adını...
...ayrılığın yaman oldu, sərt oldu,
deyəmmədim salamat qal, hələlik!
Ay ata, dərdin mənə dərd üstündə dərd oldu!
Öpəmmədim əllərini doyunca,
mən qayğına qalammadım, bağışla!
İndi mənə boylanırsan məzardan
bir həsrətli,
bir nisgilli baxışla.
Vəfasızmış bu dünyanın o üzü...
Gedən dönmür, qalan ölmür,
gün keçir.
Həyat bizə hər addımda kəfən adlı don biçir.
Mən küsmərəm,
incimərəm bilirsən.
Bilirsən ki, bu şeirim
susdurduğum dərdimdir.
Bir zəng gələ, mən açam ki, səsindir...
İnan mənə, inan, atam, bəsimdir!

Müəllif: Gülsadə

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay