Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST Türkiyə zəlzələsini son 100 ildə Avropanın ən böyük təbii fəlakəti adlandırıb

Fevralın 6-na keçən gecə Türkiyədə baş verən zəlzələ son yüz ildə Avropa regionunda ən dəhşətli təbii fəlakət olub...

Poliqon.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klyuqe keçirdiyi mətbuat konfransında deyib.

Klyuqe bildirib ki, fəlakətin miqyası hələ dəqiqləşdirilir. Onun sözlərinə görə, zəlzələ nəticəsində Türkiyədə 31 mindən çox insan ölüb, 100 minə yaxın insan yaralanıb, Suriyada isə 5 mindən çox insan ölüb.

“Bütün bu rəqəmlərin artacağı ehtimalı var”, deyə Klyuqe bildirib.

Qey edək ki, son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 41 219 nəfər olub. Türkiyədə 35 418, Suriyada 5 801 nəfər ölüb.

Hazırda zəlzələ zonasında xilasetmə işləri davam edir.
Fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Suriyaya da təsir edib, yeraltı təkanlar Livan, İraq, Misir, Yunanıstan, Gürcüstan, Ermənistan və Kiprdə hiss olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay