Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşağını zibilliyə atan qadın: “Yeməyini yanına qoymuşdum” - Video

Ötən ilin iyulunda Sabunçu rayonunda yenidoğulmuş körpəsini zibil qutusuna atan qadına hökm oxunub...

Qafqazinfo” xəbər verir ki, 1992-ci il təvəllüdlü Səbinə Qasımova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsi ilə təqsirləndirilib.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə S.Qasımova uşağı qeyri-rəsmi nikahda olduğu şəxsdən dünyaya gətirdiyini, sənədi olmadığı üçün onu uşaq evinə verə bilmədiyini deyib:

“Dörd il olar, həyat yoldaşımdan boşanmışam. Qeyri-rəsmi ər-arvad münasibətində olduğum Xəyal adlı şəxsdən hamilə qalmışdım. Xəyal uşağı dünyaya gətirməyimə razı olmadı. Maddi imkanım olmadığı üçün vaxtında tibbi müdaxilə ilə hamiləliyi sonlandıra bilmədim. Qadın məsləhətxanasında həkim hamiləliyin müddətinə görə sonlandırılmanın mümkünsüz olduğunu dedi. 15 iyulda Sabunçu xəstəxanasının doğum şöbəsində qız uşağı dünyaya gətirdim.

İmkanım zəif olduğu və ailə üzvləri tərəfindən həmin uşağın qəbul edilməyəcəyi üçün öncə uşaq evinə müraciət etdim, şəxsiyyət vəsiqəm olmadığı üçün uşaq evinin rəhbərliyi tərəfindən müraciətimə imtina cavabı verildi. 17 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Sabunçudakı həmin əraziyə gedərək bir qədər gəzişdim.

Sonra uşağı, hazırladığım uşaq yeməyini və bezlərini məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş dəmir materialdan olan qutunun içərisinə qoyaraq bir qədər kənarda dayanıb uşağın götürülməsini gözlədim. Bir müddət sonra əvvəllər tanımadığım bir nəfərin oradan keçərkən uşağı görüb götürdüyünü müşahidə etdim. Həmin şəxs ətrafa nəzər yetirəndə məni gördü. Dərhal oradan uzaqlaşaraq yaşadığım evə getdim”.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 32 yaşlı qadına bir il islah işləri cəzası verilib.

Qeyd edək ki, hadisədən bir neçə saat sonra S.Qasımova müəyyən edilərək saxlanılıb, barəsində cinayət işi açılıb və iki gün sonra isə məhkəmənin qərarı ilə polisin nəzarəti altına verilməklə sərbəst buraxılıb. Uşaq isə körpələr evinə yerləşdirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay