Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ümid edirəm ki, Dünya Kubokunda yaxşı nəticələr qazanacağıq - Gürcüstan gimnastı

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokundan əvvəlki məşqlər yaxşı keçir

Bunu Trend-ə Gürcüstan gimnastı 3 Olimpiya oyununun iştirakçısı Lüba Qolovina deyib.

Gimnast deyib: "Məşq planlaşdırıldığı kimi gedir. Təlim-məşq toplanışının da Bakıda keçirilməsi Dünya kubokuna hazırlaşmağa çox kömək edir. Bizim üçün yaradılan şərait çox yaxşıdır, buna görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımızı bildiririk. Gündə iki dəfə məşq edirik və əla şərait diqqətimizi yayındırmadan proqramımızı yerinə yetirməyə kömək edir. Ümid edirəm ki, məşqlər eyni ritmdə davam edəcək və Dünya Kubokunda yaxşı nəticələr qazanacağıq".

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.

30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

pia.az


Etiket: Gimnastika


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay