Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Zaporojye vilayətində qoşunların ikinci eşelonunu döyüşə atıb...

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rabotino qəsəbəsinə hücum etmək üçün 10-cu Ordu Korpusundan istifadə edərək, qoşunların ikinci eşelonunu döyüşə atıb...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti yazır.

Nəşrin yazdığına görə, artıq Ukrayna ordusunun əks-hücumunun yeni mərhələsindən danışmaq olar.

“Bu həftə Ukraynanın cənub-şərqində şiddətli döyüşlər başlayıb. Kiyev Qərbdə təlim keçmiş və təchiz edilmiş yeni qüvvələrdən istifadə edərək əraziləri geri almaq üçün böyük hücumu davam etdirib", deyə WP qeyd edir.

Eyni zamanda, nəşrin həmsöhbətləri qeyd edirlər ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində hücum əməliyyatları zamanı 10-cu Ordu Korpusunun böyük uğurları barədə aydın siqnallar yoxdur.

WP-nin məlumatına görə, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələri üçün böyük əhəmiyyət kəsb edən Rabotino yaşayış məntəqəsinə keçmək cəhdlərini qeydə alıblar (Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib). Ukrayna komandanlığına görə, Rusiyanın müdafiəsini yarmaq üçün ən asan yer budur. Eyni zamanda, WP müxbirləri ilə söhbət edən Ukrayna ordusunun döyüşçüləri qeyd edirlər ki, Rabotinoda möhkəmlənmək cəhdləri ciddi çətinliklərlə müşayiət olunur və hələlik uğur qazanmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay