Donetsk vilayətində rusiyalı diversantlar məhv edilib.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.
Məlumata görə, onlar Don çayının şimalında aşkarlanıblar.
Diversantlardan 2-si məhv edilib, 1-i yaralanıb. Qalanları isə qaçmağı bacarıblar.
***
"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 44 700 hərbçisi məhv edilib".
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 899 tank, 4 195 zirehli döyüş maşını, 1016 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 141 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 197 helikopter, 795 PUA, 190 qanadlı raket, 15 gəmi, 3 130 avtomobil texnikası və avtosistern, 94 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.
***
Ukrayna ordusu Cənub istiqamətində 73 Rusiya əsgərini və onların texnikasını məhv edib.
APA xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığı “Facebook”da məlumat yayıb.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin aviasiyası Baştanski və Berislavski rayonlarında qarşı tərəfin canlı qüvvəsi, silah və texnikasının cəmləşdiyi ərazilərə 4 zərbə endirib.
Bildirilib ki, zərbələr nəticəsində üç tank, “S-300” hava hücumundan müdafiə sistemi üçün dörd buraxılış qurğusu və bir radar qurğusu, 5 ədəd zirehli texnika və avtomobil, bir sursat anbarı məhv edilib.
pia.az