Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Müdafiə Nazirliyi sutkalıq əməliyyat məlumatını açıqlayıb

Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri ötən gün Rusiyanın 3 döyüş helikopterini vurub.

“Report” xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində yayıb.

Bildirilib ki, qarşı tərəf martın 19-da və martın 20-nə keçən gecə hücum əməliyyatı keçirməyib:

“O, qismən məhv edilən texnikanı bərpa edib, xarici muzdluları Ukrayna ilə sərhəd rayonlara yerləşdirib”.

Məlumata görə, Rusiya müvəqqəti olaraq nəzarət etdiyi ərazilərdə sərt inzibati-polis rejimi ilə humanitar böhran yaradır:

“Ötən sutka Ukraynanın Dnepropetrovsk vilayətinin Apostolov şəhərindən Xersona göndərilən ərzaqla və ilkin tələbat üçün dərman pereparatları ilə dolu 14 yük maşını əraziyə buraxılmayıb. Bu yolla yerli sakinləri onlarla əməkdaşlığa məcbur etmək istəyirlər".

Bildirilib ki, nəzarət etdikəri ərazilərdə Rusiya hərbçiləri Ukrayna vətəndaşlarına kredit borclarını siləcəklərini, yerli iş adamlarına isə biznes fəaliyətləri üçün güzəştlər vəd edirlər.

Məlum olub ki, Rusiya Silahlı Qüvvələri Kostroma 331-ci Qvardiya paraşüt zərbə alayının Kiyev istiqamətində döyüşən hərbiçilərindən yalnız biri sağ qalıb. O da hazırda hospitaldadır.

Habelə qeyd edilib ki, yaranmış şərait fonunda Rusiya Qara Dəniz Donanmasının komandanlığı müqavilə əsasında xidmət edən 810-cu piyada dəniz desantlarının 7-ci desant-hücum diviziyasının 130 hərbçisini əvəzləmək üçün təcili tədbirlər görür. Onların gələcək xidməti barədə qərarı Rusiya Federal Təhlükəsizlik Xidməti qəbul edəcək.

Ukraynanın Donetsk vilayəti üzrə Rusiyanın kuratoru 1-ci ordu korpusuna yeni qüvvələri cəlb etmək üçün növbəti səfərbərlik elan edib. Səfərbərlik üçün yaş həddini 65-ə qaldırblar. Rusiyanın nəzarəti altında olan Luqansk vilayətində fəaliyət göstərən 2-ci ordu korpusundan hər gün əsgər meyitləri ilə dolu yük maşınları Luqansk, Sorokina və Dovjansk yaşayış məntəqlərinə gəlir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay