Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ABŞ-dan raketdən müdafiə sistemləri, təyyarə və helikopterlər istədi

Ukrayna Müdafiə Nazirliyi ABŞ-dan Kiyevə THAAD raketdən müdafiə sistemləri, "F-18 Hornet" təyyarələri, "Apache" və "Black Hawk" helikopterləri, həmçinin "C-17 Globemaster" və "C-130 Hercules" hərbi-nəqliyyat təyyarəsi də daxil olmaqla yeni silahların siyahısını təqdim etməyi xahiş edib.

Poliqon xəbər verir ki, bu barədə "Reuters" rəsmi sənədlərə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Ukrayna tərəfinin tələb etdiyi silahların siyahısını Vaşinqtonda hərbi-sənaye kompleksi məsələlərinə həsr olunmuş konfransın qapalı iclasında Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri ABŞ-a veriblər.

Hazırda Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umyerov və Ali Radanın sədri Ruslan Stefançuk ABŞ-da rəsmi səfərdədirlər. Onlar Vaşinqtonda yeni silahların və hərbi yardımın ayrılması ilə bağlı danışıqlar aparır.

Andrey Yermak bildirib ki, ABŞ-ın köməyi olmadan Ukrayna müharibəni uduza bilər. O, Konqresi Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləməyə çağırıb.

Dekabrın 6-da Ukraynaya çoxmilyardlıq yardımın ayrılması ilə bağlı qanun layihəsi ABŞ Konqresinin Senatında prosedur səsverməsindən keçməyib. Qanun layihəsi Ukrayna, İsrail və Tayvana 106 milyard dollar məbləğində maliyyə yardımının ayrılmasını nəzərdə tuturdu. Bu məbləğin yarısından çoxu Kiyev üçün nəzərdə tutulub - 61 milyard dollar.

Bir gün əvvəl ABŞ prezidenti Co Bayden ABŞ Konqresini Milad bayramları başlamazdan əvvəl Ukraynaya yardım paketini təsdiqləməyə çağırıb.

Poliqon.info


Etiket: Raket


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar