Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Bakıda neokolonializmə qarşı mübarizə ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bu gün Bakıda Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək...

Poliqon xəbər verir ki, “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edəcək.

Konfransa Sent-Vinsent və Qrenadin Hökumətinin xüsusi nümayəndəsi, Belizin BMT-dəki (Nyu-York) daimi nümayəndəsi, UNICEF-in gənclərlə iş üzrə vəkili, “Karib Hövzəsi Ölkələri Birliyi” beynəlxalq təşkilatının gənclərlə iş üzrə səfiri və BMT-nin Afrika xalqlarının Daimi Forumunun sədri və s. yüksək səviyyəli şəxslər də qatılacaq.

Konfransda Niderlandın əsarəti altında olan Boneyra xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi imkanlar müzakirə olunacaq.

Tədbir Boneyra xalqının gələcək tarixi üçün çox mühüm bir hadisə ərəfəsində keçiriləcək. Tədbirdən bir neçə həftə sonra Bonayre adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsi planlaşdırılır. Hazırkı konfransın əsas məqsədlərindən biri də həmin qətnaməyə beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.

Boneyra xalqı üçün belə bir tarixi əlamətdar hadisə ərəfəsində azadlıq uğrunda mübarizə aparan şəxslərin məhz Azərbaycana toplaşması ölkəmizin dekolonizasiya sahəsində dünyanın əsas mərkəzlərindən birinə çevrilməsini təsdiq edir. Bu həm də ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində dekolonizasiya prosesinə verdiyi töhfələrin, uğurlu lokomotiv rolunun nəticələrinin bariz nümunəsidir.

Poliqon.info


Etiket: Bakı Konfrans


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar