Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistanın baş naziri Ukraynadakı münaqişənin həllini istəyir

Hindistanın baş naziri Narendra Modi ölkəsinin Avropada sülhün tərəfdarı olduğunu bildirib və beynəlxalq ictimaiyyəti Ukraynadakı münaqişənin həlli məsələsini birgə səylərlə həll etməyə çağırıb...

Poliqon “Hindustan Times” nəçrinə istinadən xəbər verir ki, baş nazir bu barədə Kiyevə səfərindən əvvəl danışıb.

“Hindistan Buddanın ənənəsinə inanır, ona görə də müharibəyə deyil, sülhü alqışlayır. Hindistan regionda sülhün tərəfdarıdır və aydındır ki, indi müharibə vaxtı deyil. Problemlərlə mübarizə aparmaq üçün birlikdə olmalıyıq. Hindistan diqqətini diplomatiya və dialoqa yönəldir”, deyə Modi Ukraynaya səfərindən əvvəl gəldiyi Polşada hind diasporu ilə görüşdə bildirib.

Hindistanın baş naziri həmçinin qeyd edib ki, ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı Ukrayna hakimiyyəti ilə söhbəti səbirsizliklə gözləyir. Modi həmçinin Vladimir Zelenski ilə münaqişənin həlli ilə bağlı fikir mübadiləsi aparmaq niyyətindədir.

“Dostlar və tərəfdaşlar olaraq biz regiona sülh və sabitliyin tezliklə qaytarılmasına ümid edirik”, deyə Narendra Modi əlavə edib.

Qeud edək ki, bu gün Narendra Modi Polşaya gəlib və onun baş nazir Donald Tusk ilə görüşü gözlənilir. Modinin avqustun 23-də Ukraynaya gedəcəyi gözlənilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar