Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WSJ: Minlərlə rus əsgəri Kurskda mühasirəyə düşmək təhlükəsi altındadır...

Kursk vilayətində çaya sıxışdırılan təxminən 3000 rus əsgərini mühasirəyə almaq üçün irəlilədikləri bildirilir...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti yazıb.

Rusiya qoşunlarının Seym çayı ilə Ukrayna sərhədi arasında mühasirəyə alınmasının qarşısını almağa çalışarkən, Ukrayna tərəfi ponton keçidlərinə və körpüqayırma avadanlığına zərbələr endirmək üçün ABŞ tərəfindən təchiz edilmiş HIMARS raket sistemləri və partlayıcı maddələr olan dronlardan istifadə edibr Qəzet bu barədə Ukrayna hərbçilərinə isnadən yazır.

WSJ Seym çayı ərazisindəki rus hərbçilərinin təchizatı xətlərinin kəsildiyini qeyd edib.

"İndi biz onların üç körpüsünü partlatdıq, təchizatın onlar üçün bağlanması an məsələsidir", deyə "Xorvat" çağırış nişanı olan Ukrayna Silahlı Qüvvələrinin 14-cü alayının kəşfiyyat bölməsinin komandiri bildirib.

Jurnalistlər əlavə ediblər ki, ruslar Seymi keçmək üçün ponton körpüləri yığır və Ukrayna qırıcıları onları artilleriya ilə darmadağın edir. Qərbdən gətirilən M777 artilleriya qurğularından istifadə edən 44-cü Ukrayna Artilleriya Briqadasının əsgəri Andreyin sözlərinə görə, rusların çaylardan keçməsi çox vaxt təşviş içində olur və bu zaman Ukrayna tərəfi onlara atəş açır: "Ruslar tələsik bacardıqları hər kəsi daşıyırlar".

Qeyd edək ki, avqustun əvvəlində Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində hücum əməliyyatına başlayıb və 90-dan çox yaşayış məntəqəsini ələ keçirib, həmçinin hərbi komanda məntəqəsi yaradıb.

Forbes nəşrininn məlumatına görə, Kurskda Ukraynanın müdafiəçiləri sərhədlə Seym çayı arasında yerləşən, demək olar ki, 300 kvadrat mil (1 mil 1,6 kilometrdən çoxdur) olan ərazini təcrid etməyə çalışırlar. Bu ərazilərdə üç körpü məhv edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar