Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiçik Kennedi prezidentlik yarışından geri çəkilməyə hazırlaşır

ABŞ-da prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən kiçik Robert Kennedi bu həftənin sonuna kimi yarışdan çıxmağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə ABC News telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin fikrincə, kiçik Kennedi hələ son qərarını verməsə də, keçmiş prezident Donald Trampı dəstəkləməyə meyllidir.

Qeyd edilir ki, kiçik Kennedi müraciətini avqustun 23-də yayımlamağı planlaşdırır. Tramp daha əvvəl demişdi ki, noyabrda qalib gəlsə, Kennedini öz administrasiyasında görmək istəyir.

Bundan əvvəl The Washington Post qəzeti yazıb ki, kiçik Kennedi seçkilərdə qalib gələcəyi təqdirdə Amerika administrasiyasında vəzifə almaq ümidi ilə hazırkı vitse-prezident Kamala Harrislə görüşmək istəyib. Nəşrin yazdığına görə, Harris və onun məsləhətçiləri görüş tələbinə cavab verməyiblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar