Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Rusiya Prezidenti bildirdi ki, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı tərəflərin tələb etdiyi ölçüdə olacaq...

Politoloq: “Putin demək istədi ki, Rusiyanın əsas diqqəti və potensialı Ukrayna müharibəsinə yönəlsə də, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək”.

“Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəaliyyət göstərəcəyini desə də, buna Bakının və İrəvanın ehtiyacı yoxdur”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya prezidentinin Bakıdan verdiyi mesajları Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün mətbuata açıq hissəsində bildirdi ki, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı tərəflərin tələb etdiyi ölçüdə olacaq.

Putinin bu açıqlamasından hansı nəticə çıxarmaq olar və demək olarmı ki, Rusiya Cənubi Qafqaz ölkələri ilə yeni siyasi kurs başladır?

Rusiya prezidentinin Bakı səfərindəki mesajları Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Vladimir Putin İlham Əliyevə onu da xatırlatdı ki, o, Moskvaya qayıtdıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışacaq və Bakı görüşünün təfərrüatlarını onun diqqətinə çatdıracaq”.

Moskvanın Vaşinqton və Berlin kimi AzərbaycanErmənistan rəsmilərinin görüş yeri kimi seçilə biləcəyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, İrəvan Rusiyanın vasitəçiliyinə müsbət yanaşmır:

“Bu açıqlamadan aşağıdakı nəticələrə gəlmək olar.

Birincisi, Putin demək istədi ki, Rusiyanın əsas diqqəti və potensialı Ukrayna müharibəsinə yönəlsə də, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək. Onun Rusiya üçün indiki ağır vəziyyətdə Azərbaycana səfəri də bunu sübut edir.

İkincisi, Vladimir Putin İlham Əliyevə onu da xatırlatdı ki, o Moskvaya qayıtdıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışacaq və Bakı görüşünün təfərrüatlarını onun diqqətinə çatdıracaq. Aydındır ki, bunu diplomatik etiket tələb edir. Ancaq Putin bu cümləsiylə həm də onu deməyə çalışdı ki, Paşinyandan xoşu gəlməsə də, Azərbaycanla Ermənistan arasında balansı saxlayacaq.

Elxan Şahinoğlu: “Rusiyanın Qarabağda konsulluq açmaq istəyi də reallıqla uzlaşmır”.

Üçünçüsü, Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəaliyyət göstərəcəyini desə də, buna Bakının və İrəvanın ehtiyacı yoxdur. Ümumiyyətlə, Bakı ilə İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, Bakı ilə İrəvan arasında danışıqlar vasitəçi olmadan davam edir. Hökumətlərarası komissiya sərhəddə görüşür, xarici işlər nazirləri email vasitəsilə sülh sazişinin mətnini müzakirə edirlər.

Moskva Vaşinqton və Berlin kimi AzərbaycanErmənistan rəsmilərinin görüş yeri kimi seçilə bilər, ancaq İrəvan Rusiyanın vasitəçiliyinə müsbət yanaşmır.

Rusiyanın Qarabağda konsulluq açmaq istəyi isə reallıqla uzlaşmır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Ən çox oxunanalar