Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Vətəndaş Həmrəyliyi Partiyasının 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədi, partiya sədrinin müavini Samir Əsədli təşviqat kampaniyası çərçivəsində Yardımlı rayonunun Hamarkənd kəndində seçicilərlə görüşüb.

Görüşü kənd ağsaqqallarından, qocaman müəllim Sadat Rüstəmxanlı açaraq, seçki marafonu haqda məlumat verib. Deputatlığa namizəd Samir Əsədlini kənd sakinlərinə təqdim edən çıxışçı onun həyat yolu, fəaliyyəti barədə danışıb. Daha sonra kənd ağsaqqalı Tağı Yusubov Samir Əsədli barədə çıxış edib, onun milli mübarizəyə, xalqına, bölgəsinə, millətinə bağlı bir gənc olduğunu bildirib. O bildirib ki, xalqın gələcəyi birmənalı şəkildə gəncliyə bağlıdır və Yardımlı seçicisi da öz seçimində yanılmayacaq.

VHP sədrinin müavini Nəsimi Şərəfxanlı çıxış edərək Hamarkənd kəndinin dünyaya Sabir Rüstəmxanlının adı ilə tanındığını və bu mənada bu kənddə VHP namizədinin görüşünün xüsusi önəm daşıdığını bildirib. VHP-nin fəaliyyətindən, seçki platformasından danışan çıxışçı Yardımlının problemlərinə laqeydliyin də məhz Sabir bəyin lideri olduğu partiyanın namizədinin deputatlığı ilə bitəcəyini qeyd edib.

Sonda deputatlığa namizəd Samir Əsədli çıxışında özünün seçki platforması, Vətəndaş Həmrəyliyi Partiyasının sosial-iqtisadi proqramı haqda danışıb. Əslən Yardımlıdan olduğunu və bu rayonun problemlərinə yaxından bələd olduğunu bildirən S.Əsədli deputat seçiləcəyi halda həyata keçirməyi nəzərdə tutduğu planlardan danışıb: “Yardımlı rayonu həm coğrafi, həm də aqrar potensialı baxımdan böyük imkanlara malikdir. Çox təəssüf ki, bu imkanlardan yetərincə istifadə olunmayıb və bu gün rayonumuz iqtisad-sosial göstəricilərinə görə ölkədə ən sonuncu yerlərdən birini tutur. Əlbəttə bu bir başa deputatın aradan qaldıracağı iş deyil. Amma xalqın səsini alan deputat lazımi dövlət proqramlarının qəbul edilməsi üçün təşəbbüs qaldırmalı, rayona investisiyaların qoyulmasına çalışmalıdır. Sizin etimadınızı qazanacağım halda fəaliyətimin əsas istiqaməti bu yöndə olacaq”.

Çıxışdan sonra S.Əsədli ilə seçicilər arasında səmimi söhbət olub, kənd sakinləri problemlərdən söz açıb.

Poliqon.info

Fotolar




Etiket: Samir Əsədli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Ən çox oxunanalar