Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Pezeşkian Xameneyinin istəyinə uyğun olaraq hökumət formalaşdırıb...

İran parlamenti Pezeşkianın təqdim etdiyi yeni hökuməti təsdiq edib...

Samir Hümbətov: “Əslində Pezeşkianın özü islahatçı olsa da, amma nədənsə yeni komandasında mühafizəkarlara da çox yer verilib”.

“Pezeşkianın hansısa dəyişikliyə gedəcəyini düşünmürəm”.

Bu sözləri politoloq Samir Hümbətov İranda Pezeşkianın təqdim etdiyi yeni hökuməti Poliqon-a şərh edərkən qeyd edib.

Dünən İran parlamenti Pezeşkianın təqdim etdiyi yeni hökuməti təsdiq edib. Ümumilikdə, islahatçı Pezeşkianın kabineti mühafizəkar Rəisinin kabinetindən nəylə fərlənir? Bu hökumətin Pezeşkianın vəd etdiyi islahatları həyata keçirə biləcəyinə inam və ümid varmı?

İranda formalaşan yeni hökuməti Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Məlum məsələdir ki, Pezeşkianın yeni komandasında olan mühafizəkarlar onun Qərblə əlaqələrinin dərinləşməsinə imkan verməyəcək”.

Pezeşkianın belə komanda ilə iqtisadi açılım etməsinin bir az çətin olacağını düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Pezeşkianın əhalinin güzəranı ilə bağlı nəysə edəcəyi inandırıcı görünmür:

“Əslində Pezeşkianın özü islahatçı olsa da, amma nədənsə yeni komandasında mühafizəkarlara da çox yer verilib. Təsadüfi deyil ki, İranın keçmiş xarici işlər naziri Cavad Zərifi özünə vitse-prezident seçmişdi, amma bir gün sonra istefa verdi. Bəzi məlumatlarda Cavad Zərifin istefa verməsinin başında duran səbəb kimi də Pezeşkian hökumətində mühafizəkarların çox olması göstərilirdi. Cavad Zərif qeyd edib ki, mühafizəkarların çoxluq təşkil etdiyi komanda ilə hansısa islahatlara getmək çətin məsələdir.

Görünür ki, Pezeşkian açıq şəkildə Xameneyinin istəyinə uyğun olaraq hökumət formalaşdırıb. Buna görə də, düşünmürəm ki, nəysə dəyişiklik ola bilər. Yəni Pezeşkianın hansısa dəyişikliyə gedəcəyini düşünmürəm.

Samir Hümbətov: “Pezeşkianın yeni komandasının bu məsələdə ümidləri doğruldacağını düşünmürəm”.

İranın iqtisadi xarici siyasət məsələsinə gəlincə isə deyə bilərəm ki, İran iqtisadiyyatını həm proqnoz etmək mümkündür, həm də mümkün deyil. Yəni məlum məsələdir ki, Pezeşkianın yeni komandasında olan mühafizəkarlar onun Qərblə əlaqələrinin dərinləşməsinə imkan verməyəcək.

Eyni zamanda, Pezeşkianın belə komanda ilə iqtisadi açılım etməsi bir az çətin olacaq. Pezeşkianın əhalinin güzəranı ilə bağlı nəysə edəcəyi inandırıcı görsənmir. Bu baxımdan Pezeşkianın yeni komandasının bu məsələdə ümidləri doğruldacağını düşünmürəm. Biz zamanı gözləməliyik. Hər bir halda atılan addımlarla bunu dəqiq biləcəyik”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar