Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə adam öldürüb qaçdı, 3 il Azərbaycanda gizləndi...

İnterpol 3 il əvvəl Türkiyədə qətl törədən və Azərbaycanda gizlənən şəxsi yaxalayıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 55 yaşlı Cevat Koparır bir gün əvvəl Azərbaycanda saxlanılaraq təyyarə ilə Türkiyəyə aparılıb.

O, 2017-ci il avqustun 30-da Muğla bölgəsindəki restoranlardan birində qətl törədib. Cevat Koparır həmin gün gecə saatlarında bir qadınla restoranda yemək yeyərkən orada işləyən Murat Ekici ilə aralarında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Koparır bıçaqla Ekicinin ürəyindən zərbə endirib.

Cevat Koparır

O, yaralını hadisə yerinə gələn təcili yardım briqadasına təhvil verərək qaçıb, yanındakı qadını Aydın bölgəsində buraxaraq izini itirib. Yaralı xəstəxanada keçinib, Türkiyə hüquq-mühafizə orqanları Koparır barəsində beynəlxalq axtarış elan edib. Bu günlərdə onun Azərbaycanda gizləndiyi təsbit edilib və C.Koparırın yaxalanması üçün  İnterpol xətti ilə əməliyyat keçirilib. Şəxs xüsusi təyyarə ilə Dalaman hava limanına aparılıb, oradan isə istintaq hərəkətləri üçün Muğlaya göndəriləcəyi bildirilir. (virtualaz.org)

pia.az


Etiket: İnterpol

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ən çox oxunanalar